Prezident bu xəbəri Dublində AÇIQLADI
13 Noyabr 2026, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
47
13.11.2026, 01:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb.
Oxu24.com xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" mübadilə olundu.
Söhbət zamanı bu Bəyannamənin qəbul edilməsinin əlaqələrimizin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət etdiyi vurğulandı. Hətta bu sənədin qəbulundan əvvəl də Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bir daha qeyd edildi.
Dövlətimizin başçısı ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu dedi.
Hazırda bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Bu xüsusda son aylarda Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunuldu.
Görüşdə, həmçinin beynəlxalq gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.
10:02 / 13 Noyabr 2026
1
09:51 / 13 Noyabr 2026
44
09:46 / 13 Noyabr 2026
242
09:44 / 13 Noyabr 2026
51
09:38 / 13 Noyabr 2026
65
09:34 / 13 Noyabr 2026
95
09:33 / 13 Noyabr 2026
57
09:31 / 13 Noyabr 2026
60
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
793
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1663
23:51 / 12 Noyabr 2026
213
23:40 / 12 Noyabr 2026
270
23:34 / 12 Noyabr 2026
140
23:24 / 12 Noyabr 2026
1088
23:20 / 12 Noyabr 2026
141
23:19 / 12 Noyabr 2026
149
23:18 / 12 Noyabr 2026
147
23:12 / 12 Noyabr 2026
148
23:03 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.