Ərdoğan Zelenskini qəbul edib
31 Oktyabr 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
478
21.09.2026, 13:52
Ermənistanın qaz mənbələrini şaxələndirmək istiqamətindəki addımları fonunda Azərbaycan qazının bu ölkənin bazarına ixrac olunması ehtimalı son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. İrəvan tərəfi enerji təminatını təhlükəsizləşdirmək məqsədilə müxtəlif alternativləri, o cümlədən Azərbaycanla mümkün əməkdaşlıq variantlarını nəzərdən keçirir. Hələlik iki ölkə arasında bu sahədə imzalanmış rəsmi və ya konkret qaz müqaviləsi mövcud deyil. Buna baxmayaraq, mövcud geosiyasi reallıqlar və iqtisadi zərurətlər tərəflər arasında təmasların və müzakirələrin zəruriliyini ön plana çıxarır.
Məsələ ilə bağlı yaranmış suallara aydınlıq gətirmək və regional enerji balansındakı dəyişiklikləri qiymətləndirmək üçün tanınmış iqtisadçı ekspert Natiq Cəfərli Oxu24.com-a ətraflı açıqlama verib.
Ekspert bölgədəki mövcud qaz təchizatı strukturunu, Rusiya-Ermənistan münasibətlərindəki gərginlikləri və Azərbaycan qazının Ermənistan bazarına daxil olmasının perspektivlərini dəyərləndirib. Onun sözlərinə görə, bu cür təşəbbüslər həm hər iki ölkənin iqtisadi maraqlarına cavab verir, həm də bölgədө sülh mühitinin formalaşmasına xidmət edə bilər.
Natiq Cəfərli erməni bazarının indiki enerji vəziyyəti, mövcud asılılıqlar və alternativlərlə bağlı vacib məqamları diqqətə çatdırıb:
”Ermənistanın təbii qaz təminatı 100% xarici mənbələrdən asılıdır. Ölkə təqribən 75% qazı Rusiyadan, təxminən 25%-ni isə İrandan alır. İrandan idxal olunan qaz birbaşa əhali tərəfindən istifadə olunmur; bu qaz yalnız ölkə daxilində elektrik enerjisinin istehsalı üçün işlədilir. Əhalinin və sənaye müəssisələrinin istehlak etdiyi təbii qazın tamamı isə Rusiyadan təmin edilir”.
Ekspert qeyd edib ki, hazırda Rusiya ilə Ermənistan arasında qaz qiymətləri ilə bağlı ciddi çəkişmələr mövcuddur. Rusiya qazın qiymətini artırmaq istəyir, Ermənistan isə bu səbəbdən alternativ təchizat yollarını və mənbələrini axtarmaq məcburiyyətində qalıb.
Həmçinin Natiq Cəfərli vurğulayıb ki, mövcud coğrafi və regional şəraitə baxıldıqda, Ermənistan üçün ən real və əlçatan yeganə alternativ mənbə Azərbaycandır:
“SSRİ dövründə Azərbaycandan Ermənistana qaz kəmərləri çəkilmişdi, lakin sonradan müharibə və Ermənistanın təcavüzü nəticəsində həmin xətlərdə müəyyən dağıntılar və problemlər yaranıb.
Mövcud infrastrukturun bərpa edilməsi tamamilə mümkündür. Bu proses həddindən artıq çətin, uzunmüddətli və ya ifrat dərəcədə bahalı layihə deyil.
Azərbaycan böyük həcmdə olmasa da, Ermənistana ildə bir neçə yüz milyon kubmetr (məsələn, 200–300 milyon kubmetr civarında) qaz sata bilər. Bu satış həm də Azərbaycan üçün iqtisadi baxımdan sərfəlidir, çünki hər hansı üçüncü tranzit ödənişləri həyata keçirilmədən birbaşa reallaşdırılacaq”.
Yekunda ekspert əlavə edib ki, Ermənistan üçün də bu layihə ona görə sərfəlidir ki, Rusiyanın inhisarçı təsirlərini müəyyən qədər neytrallaşdırmağa imkan verəcək:
“Bu addım həm hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir, həm də gələcəkdə regionda sülh və təhlükəsizlik mühitinin bərqərar olunmasına mühüm töhfə verə biləcək real addım kimi qiymətləndirilir”.
Çimnaz Telmanqızı
23:55 / 31 Oktyabr 2026
731
23:52 / 31 Oktyabr 2026
233
23:44 / 31 Oktyabr 2026
331
23:22 / 31 Oktyabr 2026
93
22:59 / 31 Oktyabr 2026
208
22:32 / 31 Oktyabr 2026
1505
22:31 / 31 Oktyabr 2026
136
21:19 / 31 Oktyabr 2026
137
21:09 / 31 Oktyabr 2026
131
20:59 / 31 Oktyabr 2026
2157
20:51 / 31 Oktyabr 2026
242
20:46 / 31 Oktyabr 2026
130
20:37 / 31 Oktyabr 2026
121
20:33 / 31 Oktyabr 2026
171
20:25 / 31 Oktyabr 2026
108
19:58 / 31 Oktyabr 2026
400
19:44 / 31 Oktyabr 2026
118
19:37 / 31 Oktyabr 2026
105
19:29 / 31 Oktyabr 2026
796
19:28 / 31 Oktyabr 2026
213
19:26 / 31 Oktyabr 2026
332
19:20 / 31 Oktyabr 2026
119
19:20 / 31 Oktyabr 2026
1234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.