Ərdoğan onunla bağlı qapılar arxasında görüşdü
28 Oktyabr 2026, 20:23
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
314
29.08.2026, 11:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Özbəkistanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Oxu24.com xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Əlamətdar ildönümü - Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Müstəqilliyini qazandıqdan ötən dövr ərzində qardaş Özbəkistan hərtərəfli və dinamik inkişaf yolu keçərək böyük uğurlara imza atmış, beynəlxalq aləmdə və regionda yüksək nüfuz və hörmət qazanmışdır. Sizin müdrik rəhbərliyiniz və strateji baxışınız sayəsində ölkənizdə bütün sahələrdə genişmiqyaslı islahatlar və quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilmiş, iqtisadi tərəqqiyə nail olunmuş, əhalinin sosial rifahı təmin edilmişdir.
Özbəkistanın qarşıya qoyduğu məqsəd və hədəflərə çatmasında, qazandığı bütün nailiyyətlərin təməlində Sizin yorulmaz əməyiniz və qətiyyətlə apardığınız dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qardaş ölkə və müttəfiq olaraq Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edir, bundan qürur duyuruq. Hər dəfə bənzərsiz və qonaqpərvər ölkənizə səfər edərkən Özbəkistanın əldə etdiyi mühüm nailiyyətlərin əyani şəkildə şahidi oluram. Bu yaxınlarda qardaş ölkəyə həyata keçirdiyim dövlət səfərini və Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Ortaq tarixi-mədəni tellər, sarsılmaz dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bu gün özünün ən yüksək zirvəsində yer alıb. Özbəkistanla ikitərəfli əlaqələrimizin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi bizim üçün prioritet məsələlərdən biridir. Şadam ki, birgə səylərimiz nəticəsində dövlətlərarası əlaqələrimiz və müttəfiqliyimiz gündən-günə daha da möhkəmlənir, çoxşaxəli əməkdaşlığımız yeni praktiki məzmunla zənginləşir.
Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Özbəkistan birliyini qoruyub saxlamaq, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək, müttəfiqliyimizi daim gücləndirmək yolunda üzərimizə düşən şərəfli missiyanı bundan sonra da birgə səylərimizlə uğurla yerinə yetirməyə davam edəcəyik.
Hörmətli Şavkat Miromonoviç,
Bu tarixi gündə Sizin və qardaş Özbəkistan xalqının sevincinə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Özbəkistan Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram".
20:59 / 28 Oktyabr 2026
58
20:36 / 28 Oktyabr 2026
78
20:29 / 28 Oktyabr 2026
72
20:26 / 28 Oktyabr 2026
68
20:25 / 28 Oktyabr 2026
53
20:23 / 28 Oktyabr 2026
81
20:20 / 28 Oktyabr 2026
99
20:18 / 28 Oktyabr 2026
378
20:16 / 28 Oktyabr 2026
70
20:14 / 28 Oktyabr 2026
80
20:13 / 28 Oktyabr 2026
72
19:57 / 28 Oktyabr 2026
70
19:41 / 28 Oktyabr 2026
185
19:36 / 28 Oktyabr 2026
100
19:28 / 28 Oktyabr 2026
89
19:12 / 28 Oktyabr 2026
205
19:04 / 28 Oktyabr 2026
240
18:56 / 28 Oktyabr 2026
83
18:43 / 28 Oktyabr 2026
100
18:35 / 28 Oktyabr 2026
111
18:30 / 28 Oktyabr 2026
101
18:24 / 28 Oktyabr 2026
88
18:20 / 28 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.