Tiflisdən Bakı və İrəvana sərhəd ÇAĞIRIŞI: Gürcüstan vasitəçilik rolunu gücləndirir?
07 Oktyabr 2026, 21:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
459
28.08.2026, 13:10
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın paytaxtı Belqrad şəhərinə rəsmi səfər edəcək. Balkan bürosunun verdiyi məlumata görə, parlament sədri 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək Qoşulmama Hərəkatının beynəlxalq konfransında Azərbaycanı təmsil edəcək. Mühüm tədbirdə iştirak Bakı ilə Belqrad arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək. Səfər çərçivəsində keçiriləcək görüşlər parlamentlərarası dialoqun keyfiyyətcə yeni müstəviyə qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu beynəlxalq platforma Azərbaycanın ümumilikdə Balkan regionu dövlətləri ilə iqtisadi və siyasi əlaqələrini genişləndirmək imkanlarını artırır. Yüksək səviyyəli təmaslar regionda sülh, sabitlik və çoxşaxəli əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsinə yeni təkan verəcək.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, Milli Məclis sədrinin Belqrad səfəri və Qoşulmama Hərəkatı çərçivəsindəki iştirakı regionda parlament diplomatiyasının güclənməsi baxımından strateji gedişdir:
"Qoşulmama Hərəkatının Belqrad iclasında Azərbaycanın yüksək səviyyədə təmsil olunması ölkəmizin beynəlxalq arenada artan rolunun bariz göstəricisidir. Azərbaycan uzun müddətdir ki, bu təşkilat çərçivəsində fəal mövqe nümayiş etdirir, öz siyasi prioritetlərini və qətiyyətli addımlarını uğurla dünya ictimaiyyətinə çatdırır”.
Onun sözlərinə görə, Parlamentlərarası münasibətlərin inkişafı yalnız diplomatik təmaslarla bitmir; bu, həm də iqtisadi və siyasi sahələrdə yeni tərəfdaşlıq platformalarının yaranmasına gətirib çıxarır. Sahibə Qafarovanın Belqraddakı təmasları, səsləndirəcəyi bəyanatlar və aparacağı fikir mübadilələri parlamentlər səviyyəsində qarşılıqlı dəstəyi daha da möhkəmləndirəcək.
Politoloq qeyd edib ki, səfərin əhəmiyyəti təkcə Serbiya ilə ikitərəfli əlaqələrlə məhdudlaşmır. Bu təmaslar Şimali Makedoniya və digər Balkan ölkələri ilə də dialoqu genişləndirməyə, yeni regional layihələr üçün imkanlar açmağa zəmin yaradır:
“Bütövlükdə, Azərbaycanın Balkan regionunda yürütdüyü parlament diplomatiyası gələcək çoxşaxəli əməkdaşlıq üçün etibarlı bünövrə formalaşdırır”.
Çimnaz Telmanqızı
23:23 / 07 Oktyabr 2026
7
23:20 / 07 Oktyabr 2026
16
23:19 / 07 Oktyabr 2026
19
23:09 / 07 Oktyabr 2026
32
22:54 / 07 Oktyabr 2026
38
22:50 / 07 Oktyabr 2026
49
22:48 / 07 Oktyabr 2026
68
22:38 / 07 Oktyabr 2026
55
22:28 / 07 Oktyabr 2026
1867
22:27 / 07 Oktyabr 2026
64
22:00 / 07 Oktyabr 2026
76
21:53 / 07 Oktyabr 2026
52
21:47 / 07 Oktyabr 2026
230
21:35 / 07 Oktyabr 2026
306
21:31 / 07 Oktyabr 2026
71
21:25 / 07 Oktyabr 2026
111
21:15 / 07 Oktyabr 2026
275
21:11 / 07 Oktyabr 2026
93
21:06 / 07 Oktyabr 2026
67
21:05 / 07 Oktyabr 2026
57
20:49 / 07 Oktyabr 2026
197
20:34 / 07 Oktyabr 2026
508
20:30 / 07 Oktyabr 2026
2106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.