Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
07 Noyabr 2026, 14:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
357
18.08.2026, 17:25
Ukraynada davam edən müharibə və regional münaqişələr fonunda ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanla əməkdaşlıq məsələsi xüsusi aktuallıq kəsb edir. Dağıdılmış neft emalı zavodları və qarşıdan gələn soyuq aylar Ukraynanın yanacaq ehtiyacını artırır ki, bu da strateji tərəfdaşlarla əlaqələri gücləndirməyi zəruri edir. Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya dəstək verərək dizel və benzin tədarükünü həyata keçirən əsas ölkələrdəndir. Müharibədən sonrakı dövrdə isə mövcud logistik infrastrukturlardan, məsələn, "Odesa-Brodi" boru kəmərindən istifadə etməklə Azərbaycan neftinin Ukrayna üzərindən Avropaya nəqli perspektivləri diqqət mərkəzindədir. Bu əməkdaşlıq həm Azərbaycan üçün ixrac marşrutlarının diversifikasiyası, həm də Ukrayna üçün tranzit gəlirləri baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən ukraynalı politoloq Maksim Yali bildirib ki, qısamüddətli və ortamüddətli perspektivdə, Rusiya ilə genişmiqyaslı müharibə və Yaxın Şərqdə davam edən münaqişə şəraitində Azərbaycan Avropada payız-qış mövsümündə gözlənilən kəsiri örtmək üçün yanacaq, dizel və benzin tədarükünü artıra bilər.
Onun sözlərinə görə, nəzərə alsaq ki, Ukraynanın neft emalı zavodları dağıdılıb, Azərbaycanın bu dəstəyi çox ciddi köməkdir:
“Azərbaycan genişmiqyaslı işğalın əvvəlindən bu yardımı göstərir. Enerji təhlükəsizliyi hər iki tərəf üçün əməkdaşlığın inkişaf etdirilməsinin faydalı və sərfəli olduğu əsas istiqamətdir”.
Politoloq qeyd edib ki, müharibə başa çatdıqdan sonra daha uzunmüddətli, strateji planlardan danışsaq, yeni marşrutların çəkilməsi dəfələrlə müzakirə olunub:
“XXI əsrin əvvəllərindən gündəmdə olan 'Odesa-Brodi' layihəsini misal göstərmək olar: neftin Odesaya çatdırılması və oradan Ukrayna logistikasından istifadə edilərək Azərbaycanın Avropa ölkələrinə tədarükünü artırmaq üçün tranzit olunması. Bu, artıq mövcud olan bir infrastrukturdur. Sülh dövründə, o cümlədən durulaşdırılmış qaz (LNG) terminallarının tikintisi şəraitində bu istiqaməti inkişaf etdirmək olar. Bu, Azərbaycan üçün tədarük marşrutlarını diversifikasiya edəcək, Ukrayna isə öz logistikasından gəlir əldə edə biləcək”,- deyə Maksim Yali vurğulayıb.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
15:02 / 07 Noyabr 2026
5
14:52 / 07 Noyabr 2026
166
14:47 / 07 Noyabr 2026
57
14:41 / 07 Noyabr 2026
112
14:36 / 07 Noyabr 2026
62
14:18 / 07 Noyabr 2026
107
13:57 / 07 Noyabr 2026
318
13:41 / 07 Noyabr 2026
671
13:27 / 07 Noyabr 2026
286
13:12 / 07 Noyabr 2026
104
13:03 / 07 Noyabr 2026
373
12:49 / 07 Noyabr 2026
105
12:45 / 07 Noyabr 2026
114
12:45 / 07 Noyabr 2026
103
12:36 / 07 Noyabr 2026
311
12:23 / 07 Noyabr 2026
119
12:16 / 07 Noyabr 2026
683
11:58 / 07 Noyabr 2026
322
11:53 / 07 Noyabr 2026
480
11:45 / 07 Noyabr 2026
138
11:35 / 07 Noyabr 2026
139
11:21 / 07 Noyabr 2026
116
11:11 / 07 Noyabr 2026
585
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.