Nəcibə İlkinin 65 illik yubileyi
27 Noyabr 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
440
07.11.2026, 09:16
Noyabr ayında balıq alarkən diqqətli olmaq tövsiyə edilir. Bəzi balıq növləri mövsümi xüsusiyyətlərinə görə bu dövrdə əvvəlki dadını itirir, digərlərinin isə ovlanmasına qadağa tətbiq olunur.
Oxu24.com xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, noyabr ayında xüsusilə sardina, qılınc balığı, mavi üzgəcli duna və alabalıq alarkən diqqətli olmaq lazımdır. Bu balıqlardan bəzilərinin ovlanması qadağan edildiyi halda, digərləri mövsümə görə əvvəlki keyfiyyətini qoruyub saxlamır.
Belə ki, sardina yay aylarında daha yağlı və dadlı olur. Noyabrda isə onun yağlılığı və dadı yay mövsümündəki səviyyədə olmaya bilər. Bununla belə, sardinanın bu ayda yeyilməsinin sağlamlıq baxımından zərərli olduğu bildirilmir.
Qılınc balığının ovlanması Türkiyədə oktyabrın 1-dən noyabrın 30-dək qadağandır. Mavi üzgəcli tunanın ovlanmasına isə oktyabrın 15-dən iyunun 15-dək məhdudiyyət tətbiq edilir.
Təbii alabalığın ovlanması da oktyabrın 1-dən fevralın 28-dək qadağandır. Bu səbəbdən istehlakçılara balıq alarkən məhsulun mənşəyinə və qanuni yollarla əldə edilməsinə diqqət yetirmək tövsiyə olunur.
Mütəxəssislər mövsümə uyğun balıq istehlakının həm məhsulun keyfiyyəti, həm də dəniz və su hövzələrində balıq ehtiyatlarının qorunması baxımından əhəmiyyətli olduğunu vurğulayırlar.
metbuat.az
19:38 / 27 Noyabr 2026
21
19:34 / 27 Noyabr 2026
27
19:26 / 27 Noyabr 2026
40
19:22 / 27 Noyabr 2026
47
19:09 / 27 Noyabr 2026
217
19:00 / 27 Noyabr 2026
46
18:45 / 27 Noyabr 2026
84
18:33 / 27 Noyabr 2026
94
18:25 / 27 Noyabr 2026
93
18:15 / 27 Noyabr 2026
106
18:08 / 27 Noyabr 2026
136
17:58 / 27 Noyabr 2026
122
17:30 / 27 Noyabr 2026
318
17:26 / 27 Noyabr 2026
150
17:07 / 27 Noyabr 2026
131
16:57 / 27 Noyabr 2026
129
16:38 / 27 Noyabr 2026
605
16:30 / 27 Noyabr 2026
142
16:22 / 27 Noyabr 2026
126
16:19 / 27 Noyabr 2026
126
16:06 / 27 Noyabr 2026
393
16:04 / 27 Noyabr 2026
172
15:58 / 27 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.