Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
18 Avqust 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
71
18.08.2026, 17:25
Ukraynada davam edən müharibə və regional münaqişələr fonunda ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanla əməkdaşlıq məsələsi xüsusi aktuallıq kəsb edir. Dağıdılmış neft emalı zavodları və qarşıdan gələn soyuq aylar Ukraynanın yanacaq ehtiyacını artırır ki, bu da strateji tərəfdaşlarla əlaqələri gücləndirməyi zəruri edir. Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya dəstək verərək dizel və benzin tədarükünü həyata keçirən əsas ölkələrdəndir. Müharibədən sonrakı dövrdə isə mövcud logistik infrastrukturlardan, məsələn, "Odesa-Brodi" boru kəmərindən istifadə etməklə Azərbaycan neftinin Ukrayna üzərindən Avropaya nəqli perspektivləri diqqət mərkəzindədir. Bu əməkdaşlıq həm Azərbaycan üçün ixrac marşrutlarının diversifikasiyası, həm də Ukrayna üçün tranzit gəlirləri baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən ukraynalı politoloq Maksim Yali bildirib ki, qısamüddətli və ortamüddətli perspektivdə, Rusiya ilə genişmiqyaslı müharibə və Yaxın Şərqdə davam edən münaqişə şəraitində Azərbaycan Avropada payız-qış mövsümündə gözlənilən kəsiri örtmək üçün yanacaq, dizel və benzin tədarükünü artıra bilər.
Onun sözlərinə görə, nəzərə alsaq ki, Ukraynanın neft emalı zavodları dağıdılıb, Azərbaycanın bu dəstəyi çox ciddi köməkdir:
“Azərbaycan genişmiqyaslı işğalın əvvəlindən bu yardımı göstərir. Enerji təhlükəsizliyi hər iki tərəf üçün əməkdaşlığın inkişaf etdirilməsinin faydalı və sərfəli olduğu əsas istiqamətdir”.
Politoloq qeyd edib ki, müharibə başa çatdıqdan sonra daha uzunmüddətli, strateji planlardan danışsaq, yeni marşrutların çəkilməsi dəfələrlə müzakirə olunub:
“XXI əsrin əvvəllərindən gündəmdə olan 'Odesa-Brodi' layihəsini misal göstərmək olar: neftin Odesaya çatdırılması və oradan Ukrayna logistikasından istifadə edilərək Azərbaycanın Avropa ölkələrinə tədarükünü artırmaq üçün tranzit olunması. Bu, artıq mövcud olan bir infrastrukturdur. Sülh dövründə, o cümlədən durulaşdırılmış qaz (LNG) terminallarının tikintisi şəraitində bu istiqaməti inkişaf etdirmək olar. Bu, Azərbaycan üçün tədarük marşrutlarını diversifikasiya edəcək, Ukrayna isə öz logistikasından gəlir əldə edə biləcək”,- deyə Maksim Yali vurğulayıb.
Çimnaz Telmanqızı
18:17 / 18 Avqust 2026
1
18:06 / 18 Avqust 2026
47
17:55 / 18 Avqust 2026
53
17:40 / 18 Avqust 2026
55
17:10 / 18 Avqust 2026
77
16:51 / 18 Avqust 2026
56
16:45 / 18 Avqust 2026
79
16:30 / 18 Avqust 2026
70
16:15 / 18 Avqust 2026
81
16:07 / 18 Avqust 2026
79
15:55 / 18 Avqust 2026
66
15:40 / 18 Avqust 2026
96
15:30 / 18 Avqust 2026
97
15:28 / 18 Avqust 2026
80
15:15 / 18 Avqust 2026
85
15:08 / 18 Avqust 2026
98
15:06 / 18 Avqust 2026
71
14:50 / 18 Avqust 2026
91
14:38 / 18 Avqust 2026
96
14:30 / 18 Avqust 2026
96
14:15 / 18 Avqust 2026
84
14:12 / 18 Avqust 2026
88
14:05 / 18 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.