Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin "general-leytenant”  rütbəsi verdiyi Zaur Rüstəmov KİMDİR?

Prezidentin \"general-leytenant”  rütbəsi verdiyi Zaur Rüstəmov KİMDİR?

SİYASƏT

119

07.11.2026, 13:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova  “general-leytenant” hərbi rütbəsi verilib.

Bəs Zaur Rüstəmov kimdir?

Oxu24.com bildirir ki,Zaur Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açıb. Əvvəlcə İsmayıllı rayonunun Kürdmaşı orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.

Hərbi liseydən sonra, 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilib. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıdıb, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə davam edib. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin general-mayoru olan Zaur Rüstəmov xidməti dövründə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılıb. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında paraddan keçən təyyarəçilərə öndərlik edib.

Z. Rüstəmov 2022-ci ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Selçuk Bayraktar ilə birlikdə Azarbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçuş edib. Belə ki, S. Bayraktarı uçuş zamanı Zaur Rüstəmov müşayiət edib.

25 iyun 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Zaur Rüstəmova General-mayor ali hərbi rütbəsi verilib.

7 noyabr 2024-cü ildə o, Hərbi Hava Qüvvələri Komandanının müavini-Hava Döyüş Komandiri vəzifəsinə təyin olunub.

İngilis,rus dillərini bilir.