Azərbaycan Ordusunda texniki təminat güclənir: Yeni müəssisələr hansı imkanları yaradacaq?
03 Noyabr 2026, 18:49
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
49
06.11.2026, 21:13
8 Noyabr – Zəfər Günü ərəfəsində 44 günlük Vətən müharibəsinin ən mühüm dönüş nöqtələrindən biri olan Şuşa əməliyyatının hərbi mahiyyəti və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) bu tarixi qələbədəki misilsiz rolu yenidən diqqət mərkəzindədir. Şuşa şəhərinin relyefi, sıldırım qayalıqları və təbii müdafiə imkanları onu hərbi baxımdan faktiki olaraq keçilməz bir qala hesab etməyə əsas verirdi. Lakin Azərbaycan Ordusunun peşəkarlığı, yüksək mənəvi-psixoloji hazırlığı və komandanlığın dəqiq planlaması nəticəsində imkansız görünən bu tapşırıq uğurla həyata keçirildi. Şuşanın azad olunması təkcə hərbi qələbə deyil, həm də dövlətimizin sarsılmaz iradəsinin və milli qürurumuzun təntənəsi oldu. Bu gün Şuşa əməliyyatı dünya hərbi mütəxəssisləri tərəfindən öyrənilən və yüksək qiymətləndirilən nadir döyüş taktikalarından biridir. Əməliyyatın uğurla yekunlaşmasında düşmənin sarsıdıcı zərbələrlə mövqelərindən sıxışdırılıb çıxarılması əsas amilə çevrildi. Hazırda Şuşada üçrəngli bayrağımızın qürurla dalğalanması ordumuzun qüdrətinin və şəhidlərimizin intiqamının yerdə qalmadığının bariz sübutudur. Şuşanın azadlığı regionda yeni hərbi-siyasi reallıqlar yaratdı və böyük Zəfərimizin rəmzinə çevrildi. Şuşa bəyannaməsinin imzalanması isə bu tarixi qələbənin təhlükəsizlik və strateji baxımdan ən mühüm məntiqi yekunu oldu.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Oxu24.com-a öz özəl şərhini təqdim edib.
Ekspert bildirib ki, Şuşa əməliyyatı ümumiyyətlə hərb tarixinə son illərin ən unikal və çətin şəhər döyüşlərindən biri kimi daxil olub:
“Şuşanın mürəkkəb dağlıq relyefi, sıldırım qayaları və təbii müdafiə imkanları şəhərin hərbi baxımdan azad edilməsini son dərəcə çətinləşdirirdi. Məhz bu xüsusiyyətlərinə görə Şuşa uzun illər “alınmaz qala” hesab olunurdu. Lakin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri bütün çətinliklərə baxmayaraq, şəhərin sıldırım qayalarını aşaraq düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirdi və Şuşanın azad edilməsinə nail oldu. Bu əməliyyat hərb tarixində mürəkkəb dağlıq relyefdə həyata keçirilmiş unikal hərbi əməliyyatlardan biri kimi qiymətləndirilir”.
Onun sözlərinə görə, Şuşanın azad edilməsində Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin rolu həlledici oldu. Şəhərin coğrafi mövqeyi və düşmənin qurduğu müdafiə istehkamları digər hərbi bölmələrin irəliləməsini çətinləşdirirdi. Təbii müdafiə imkanlarından istifadə edən düşmən ərazidəki keçidləri bağlamış, Azərbaycan hərbçilərinin şəhərə yaxınlaşmasının qarşısını almağa çalışmışdı. Mövcud vəziyyət nəzərə alınaraq əməliyyatın Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri tərəfindən həyata keçirilməsi qərara alındı. Xüsusi hazırlığa malik əsgər və zabitlər çətin relyef şəraitində irəliləyərək qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirdilər.
Üzeyir Cəfərov qeyd edib ki, Şuşa əməliyyatının uğurla nəticələnməsində hərbçilərin mənəvi-psixoloji hazırlığı, qələbəyə inamı və yüksək döyüş ruhu da mühüm əhəmiyyət daşıyırdı:
“İşğal dövründə düşmənin Şuşada, Xankəndidə və şəhər ətrafında keçirdiyi tədbirlər, səsləndirdiyi bəyanatlar Azərbaycan xalqına və ordusuna qarşı nümayişkaranə xarakter daşıyırdı. Bu addımlarla Şuşanın bir daha Azərbaycanın nəzarətinə keçməyəcəyi fikri formalaşdırılmağa çalışılırdı. Lakin Azərbaycan əsgərinin möhkəm iradəsi, hazırlığı və torpaqların azadlığına olan inamı bu iddiaların əsassız olduğunu sübut etdi”.
Həmçinin ekspert vurğulayıb ki, əməliyyatın uğurunu təmin edən əsas amillərdən biri də uzun illər ərzində aparılan hərbi hazırlıq və təlimlər idi. 1994-cü ildən etibarən Azərbaycan hərbçiləri müxtəlif şəraitlərdə, o cümlədən gündüz və gecə saatlarında, mürəkkəb iqlim və relyef şərtlərində keçirilən təlimlərdə iştirak edirdilər. Bu hazırlıq prosesi hərbi qulluqçuların fər…
21:31 / 06 Noyabr 2026
1
21:27 / 06 Noyabr 2026
34
21:25 / 06 Noyabr 2026
32
21:02 / 06 Noyabr 2026
56
21:01 / 06 Noyabr 2026
52
20:52 / 06 Noyabr 2026
79
20:45 / 06 Noyabr 2026
81
20:44 / 06 Noyabr 2026
80
20:19 / 06 Noyabr 2026
150
20:12 / 06 Noyabr 2026
258
19:48 / 06 Noyabr 2026
101
19:37 / 06 Noyabr 2026
268
19:37 / 06 Noyabr 2026
116
19:07 / 06 Noyabr 2026
384
18:43 / 06 Noyabr 2026
143
18:33 / 06 Noyabr 2026
150
18:27 / 06 Noyabr 2026
1125
18:24 / 06 Noyabr 2026
127
18:13 / 06 Noyabr 2026
152
17:55 / 06 Noyabr 2026
149
17:46 / 06 Noyabr 2026
141
17:42 / 06 Noyabr 2026
578
17:29 / 06 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.