Prezidentin bu sərəncamının icrasına BAŞLANILDI
05 Noyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
293
17.08.2026, 21:56
ABŞ Prezidenti Donald Tramp Qəzza, İsrail və İranla bağlı bir sıra mühüm açıqlamalar verib. O, HƏMAS-ın silahsızlaşdırılması istiqamətində müsbət irəliləyiş əldə olunduğunu bildirib və İsrailin hazırda Qəzza zolağına hücum etməməli olduğunu vurğulayıb.
Oxu24.com xəbər verir ki, Tramp HƏMAS-la müxtəlif kanallar vasitəsilə əlaqə saxladıqlarını və qruplaşmanın silahlarını təhvil verəcəyini bildirib.
“Silahlarını təhvil verirlər. Lakin İsrail hazırda Qəzzaya hücum etməməlidir”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti İsraildə oktyabr ayında keçirilməsi planlaşdırılan seçkilərlə bağlı da danışıb. O, seçkilərdən kənarda qalmasının daha düzgün olacağını, lakin namizədlərdən birinə dəstək verə biləcəyini deyib.
Tramp həmçinin Omanla bağlı sərt açıqlama verib. O, ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətlərinə Oman tərəfindən müdaxilə ediləcəyi təqdirdə sərt cavab verəcəklərini bildirib.
Bundan başqa, Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri ilə gizli əlaqə kanallarının olduğunu açıqlayıb.
İranla bağlı danışan Tramp ABŞ-a məxsus sursatların yalnız kiçik bir hissəsinin istifadə edildiyini iddia edib. O, keçmiş prezident Co Baydenin inkişaf etmiş silah sistemlərini Ukraynaya verdiyini də bildirib.
İranla əldə olunan razılaşmanın müddətinin başa çatması məsələsinə toxunan Tramp Tehranın “təslim olmalı olduğunu” deyib və “Tələsmirəm” ifadəsini işlədib. O, ABŞ-ın İrana qarşı dəniz blokadasının iqtisadi təzyiq yaratdığını və İranın bu məsələdə blef etdiyini iddia edib.
HƏMAS sözçüsü Hazım Qasım isə Trampın İsrailin Qəzzaya hücum etməməsi ilə bağlı çağırışını müsbət qarşıladıqlarını bildirib. O, bu açıqlamanın ABŞ Prezidentinin Qəzzada atəşkəs prosesinə bağlılığını davam etdirdiyini göstərdiyini deyib.
Qasım Trampı İsrail hökumətinə təzyiq göstərməyə və əldə olunan razılaşmaya əməl etməyə çağırıb. O, Qəzza üzrə sülh planının ikinci mərhələsinin həyata keçirilməsinin təmin olunmasının vacibliyini vurğulayıb.
10:58 / 06 Noyabr 2026
8
10:49 / 06 Noyabr 2026
38
10:41 / 06 Noyabr 2026
46
10:41 / 06 Noyabr 2026
64
10:32 / 06 Noyabr 2026
69
10:25 / 06 Noyabr 2026
82
10:18 / 06 Noyabr 2026
73
10:12 / 06 Noyabr 2026
86
10:10 / 06 Noyabr 2026
244
10:03 / 06 Noyabr 2026
70
09:55 / 06 Noyabr 2026
92
09:51 / 06 Noyabr 2026
91
09:43 / 06 Noyabr 2026
78
09:39 / 06 Noyabr 2026
307
09:38 / 06 Noyabr 2026
84
09:35 / 06 Noyabr 2026
91
09:28 / 06 Noyabr 2026
100
09:21 / 06 Noyabr 2026
167
09:19 / 06 Noyabr 2026
91
09:12 / 06 Noyabr 2026
84
08:49 / 06 Noyabr 2026
348
08:47 / 06 Noyabr 2026
86
08:17 / 06 Noyabr 2026
278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.