Qaynar xətt:

(+99450) 247 90 86

İstifadə olunmayan məzuniyyət günlərinin pulu veriləcək

İstifadə olunmayan məzuniyyət günlərinin pulu veriləcək

CƏMİYYƏT

58

06.11.2026, 09:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İşçilərə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə kompensasiya verilməsi qaydasının dəyişdirilməsi təklif olunur.

Oxu24.com  xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, işçinin istifadə etmədiyi məzuniyyət günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilə və ya həmin günlərə görə kompensasiya ödənilə bilər.

Eyni zamanda, Əmək Məcəlləsi ilə müəyyən edilən minimum məzuniyyət müddətinin – 21 təqvim gününün kompensasiya ilə əvəz olunmasına yol verilməyəcək. Əmək müqaviləsinə xitam verilərkən kompensasiya ödənilməsi ilə bağlı istisna isə saxlanılır.Modern.az