Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtobuslardan istifadə rekord həddə çatıb 

Bakıda avtobuslardan istifadə rekord həddə çatıb 

CƏMİYYƏT

49

06.11.2026, 10:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda avtobusla sərnişindaşımada rekord göstərici qeydə alınıb.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, 2026-cı ilin oktyabr ayında paytaxtda müntəzəm marşrut avtobusları ilə 53 921 482 sərnişin daşınıb. Cari ilin ilk 9 ayı ərzində isə avtobuslarla daşınan sərnişinlərin sayı 386 227 196 nəfər təşkil edib.

Qeyd olunur ki, bu, 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 15%-dən çox, 9 ayı ilə müqayisədə isə 7% artım deməkdir.