Azərbaycana QAR YAĞIR
06 Noyabr 2026, 07:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
06.11.2026, 07:48
Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqların səsləndiyini, amma gözlənilən soyuqların baş vermədiyini bildirirlər.
Bu il Azərbaycanda qış necə keçəcək? Ölkədə indiyədək ən sərt qış hansı ildə qeydə alınıb?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova əslində, qışın sərt keçəcəyini aylar öncədən qəti şəkildə söyləmək elmi baxımdan düzgün deyil deyib.
"Çünki Azərbaycanın hava şəraiti müxtəlif atmosfer proseslərinin təsiri altında formalaşır. Arktikadan daxil olan soyuq hava kütlələri, atmosfer təzyiqinin dəyişməsi, Xəzər dənizinin təsiri və regional hava dövranı qışın gedişinə birbaşa təsir göstərir. Bu səbəbdən qışın bütövlükdə sərt keçməsi ilə ayrı-ayrı günlərdə kəskin şaxtaların müşahidə olunmasını fərqləndirmək lazımdır. Hazırkı məlumatlara görə, Azərbaycanda 2026-2027-ci illərin qışının son 70 ilin ən sərt qışı olacağını təsdiqləyən etibarlı əsas yoxdur. Maraqlı məqam odur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun mütəxəssisi Səfər Səfərovun açıqlamasında qarşıdakı qışın ümumilikdə mülayim keçə biləcəyi bildirilib. Bununla belə, ayrı-ayrı günlərdə temperaturun kəskin aşağı düşməsi və qar yağması istisna edilmir. Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 30-da açıqladığı noyabr proqnozunda da ölkə üzrə temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu, hələ qışın üç ayı üçün proqnozu deyil, lakin mövsümə keçid dövrünün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir".
Ekoloq bildirib ki, Azərbaycan ərazisində iqlim şəraiti eyni deyil:
"Bakı və Abşeronda mülayim keçən qış dağlıq ərazilərdə sərt şaxtalarla müşayiət olunur. Naxçıvan, Qazax-Gəncə bölgəsi, Quba-Qusar və yüksək dağlıq ərazilərdə temperatur fərqləri daha kəskin hiss edilir. Azərbaycanın meteoroloji tarixində xüsusilə 1949, 1967, 1968, 1972, 1978 və 1979-cu illərin qışları sərt hava şəraiti və güclü qar yağması ilə yadda qalıb. Bakıda isə rekord şaxtalarla bağlı xüsusi diqqət çəkən iki tarix var. 1969-cu ilin 9-10 fevralında Bakıda temperatur mənfi 9,6 dərəcəyədək enib. 2012-ci ilin 8 fevralında temperatur mənfi 11 dərəcəyə düşərək əvvəlki rekordu yeniləyib. Həmin vaxt şaxtalı hava 13 gün davam edib. O dövr son 40 ilin ən soyuq fevral ayıdır".
İB sədri qeyd edib ki, bəzən dünyanın ayrı-ayrı regionlarında gözlənilən atmosfer dəyişiklikləri bütün ölkələrə aid edilərək sensasiyalı başlıqlarla yayımlanır:
"Məsələn, bu il yayılan bəzi xəbərlərdə "El Nino" və qütb burulğanı ilə bağlı proseslərə istinad edilərək son 70 ilin ən sərt qışından danışılır. Halbuki bu iddialar Azərbaycanın meteoroloji müşahidələri əsasında verilmiş rəsmi proqnoz deyil. Uzunmüddətli proqnozlar ehtimal xarakteri daşıyır və zaman keçdikcə yenilənməlidir. Burada əsas məsələ qorxutmaq yox, hazırlıqlı olmaqdır. Bu barədə səsləndirilən fikirlərə ehtiyatla yanaşmaq lazımdır. Azərbaycanda da qısamüddətli şaxtalar, güclü küləklər, qar yağması və temperaturun kəskin dəyişməsi ehtimalı hər zaman nəzərə alınmalıdır. İctimaiyyətə verilən hava məlumatlarında da sensasiyadan çox elmi əsaslandırmaya üstünlük verilməlidir. Çünki hər il təkrarlanan, lakin reallaşmayan qorxulu proqnozlar insanların meteoroloji xəbərdarlıqlara inamını azaldır".
07:37 / 06 Noyabr 2026
45
07:29 / 06 Noyabr 2026
94
07:05 / 06 Noyabr 2026
36
00:08 / 06 Noyabr 2026
141
23:34 / 05 Noyabr 2026
1105
23:10 / 05 Noyabr 2026
175
22:44 / 05 Noyabr 2026
1730
22:33 / 05 Noyabr 2026
186
22:27 / 05 Noyabr 2026
138
22:20 / 05 Noyabr 2026
168
22:14 / 05 Noyabr 2026
152
22:06 / 05 Noyabr 2026
133
21:53 / 05 Noyabr 2026
131
21:50 / 05 Noyabr 2026
206
21:40 / 05 Noyabr 2026
172
21:35 / 05 Noyabr 2026
360
21:27 / 05 Noyabr 2026
796
21:25 / 05 Noyabr 2026
146
21:15 / 05 Noyabr 2026
459
21:14 / 05 Noyabr 2026
159
21:00 / 05 Noyabr 2026
406
20:58 / 05 Noyabr 2026
241
20:47 / 05 Noyabr 2026
388
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.