Qaynar xətt:

(+99450) 247 90 86

Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu 

Gədəbəyin icra başçısı \"Gəncə təndiri\"ni ziyarət etdi, tənqid olundu 

CƏMİYYƏT

50

05.11.2026, 21:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayon mərkəzində fəaliyyət göstərən "Gəncə Təndiri" sahibkarlıq obyektini ziyarət edib.

 

Oxu24.com  xəbər verir ki, bu haqda rayon icra hakimiyyətinin rəsmi səhifəsində paylaşım edilib.

 

Məlumatda qeyd edilib ki, ziyarət çərçivəsində icra başçısı obyektin iş prosesi, istehsal şəraiti və sakinlərə göstərilən xidmətin keyfiyyəti ilə yaxından tanış olub. Sahibkar və işçi heyəti ilə həmsöhbət olan rayon rəhbəri yerli sahibkarlığın inkişafının və yeni iş yerlərinin yaradılmasının rayon üçün prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

 

İcra başçısının bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

 

Əməkdar jurnalist Mahir Məmmədlinin icra hakimiyyətinin bu paylaşımına reaksiya verib: "Ürəyi "piiojki" istəyib yəqin. Reklam etmək olmasın, "Gəncə təndiri"ndə onu yaxşı bişirirlər".

 

Qeyd edək ki, Hacıbaba Babayev bu ilin sentyabr ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.