Xudafərin körpüsü hədəfdədir? – Politoloqdan İranla bağlı AÇIQLAMA
05 Noyabr 2026, 16:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
45
05.11.2026, 18:34
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu24.com xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Ölkənizin şanlı bayramı - Zəfər Günü münasibətilə Sizi - əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Sizin müdrik və ardıcıl siyasətiniz, yüksək rəhbərlik məharətiniz və Vətənin taleyi naminə göstərdiyiniz əsl fədakarlıq sayəsində Azərbaycan xalqının çoxəsrlik arzu və istəkləri altı il bundan əvvəl tam gerçəkləşərək tarixi ədalətin bərpası və dövlətin ərazi bütövlüyünün təmin edilməsi kimi möhtəşəm nəticələr əldə olundu.
Ölkənin siyasi, diplomatik və hərbi potensialının vahid məqsəd naminə səfərbər edilməsi istiqamətində göstərdiyiniz böyük səylər, həmçinin Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və mətanət bu tarixi Qələbənin mühüm amilləri oldu.
Şübhəsiz ki, bu möhtəşəm bayram ölkənizin sülh və əmin-amanlıq, sabitlik və ardıcıl tərəqqi yolunda irəliləməsinə, gələcək nəsillərin vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu il Bakı, Daşkənd və Buxara şəhərlərində Sizinlə keçirdiyimiz bir sıra önəmli görüşlər, səmərəli danışıqlar və əldə olunmuş mühüm razılaşmalar çoxşaxəli münasibətlərimizin tarixində yeni səhifə açmışdır.
Xüsusilə, Əbədi Dostluq haqqında Müqavilənin imzalanması ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi istiqamətində mühüm praktiki addım olmuşdur.
Əminəm ki, birgə səylərimiz nəticəsində qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimiz gələcəkdə də tarixən yaxın və qardaş xalqlarımızın ümumi rifahı naminə, mövcud böyük potensialımıza uyğun olaraq ardıcıl şəkildə dərinləşməkdə davam edəcəkdir.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram”.
18:37 / 05 Noyabr 2026
1
18:24 / 05 Noyabr 2026
70
18:19 / 05 Noyabr 2026
53
18:10 / 05 Noyabr 2026
287
17:45 / 05 Noyabr 2026
123
17:26 / 05 Noyabr 2026
120
17:19 / 05 Noyabr 2026
104
17:03 / 05 Noyabr 2026
644
16:53 / 05 Noyabr 2026
157
16:47 / 05 Noyabr 2026
107
16:34 / 05 Noyabr 2026
193
16:30 / 05 Noyabr 2026
123
16:25 / 05 Noyabr 2026
114
16:20 / 05 Noyabr 2026
122
16:09 / 05 Noyabr 2026
1166
15:55 / 05 Noyabr 2026
1140
15:46 / 05 Noyabr 2026
191
15:31 / 05 Noyabr 2026
250
15:25 / 05 Noyabr 2026
153
15:10 / 05 Noyabr 2026
129
14:57 / 05 Noyabr 2026
299
14:50 / 05 Noyabr 2026
236
14:48 / 05 Noyabr 2026
288
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.