Azərbaycanlı qardaşları toyda ÖLDÜRDÜLƏR
05 Noyabr 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
56
05.11.2026, 23:10
“Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsini və hökumətin dənizin rəsmi adını "Kaspian" olaraq təsdiqləməsini təklif edirəm”.
Bunu İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif deyib. Onun sözlərinə görə, Meteorologiya Təşkilatı bu yaxınlarda televiziyada yayımlanan xəritədə “Kaspian dənizi” adını istifadə edib. Arif bildirib ki, “Xəzər” adı ilə bağlı iki fikir var və onlardan biri bu ada qəti şəkildə qarşı çıxır. Onun sözlərinə görə, bəzi qeyri-iranlı tədqiqatçılar da Tehranın niyə “Kaspian” əvəzinə “Xəzər” adını istifadə etdiyini soruşurlar.
Əgər İran Xəzər dənizinin adının dəyişdirilməsini təklif edirsə, bu məsələdə əsas söz sahibi təkcə İran deyil, Xəzərə sahili olan beş dövlətdir. 2026-cı il noyabrın 2-də yayımlanan məlumata görə, İran dövlət televiziyasının bəzi proqramlarında farsca ənənəvi «Xəzər» (Xazar/Khazar) əvəzinə «Kaspi» (Caspian) adından istifadə edilməsi müzakirələrə səbəb olub. Hələlik ölkə üzrə rəsmi və tam ad dəyişikliyi qərarı açıqlanmayıb.
Bu təklifi azərbaycanlı mütəxəssislər necə dəyərləndirir?
Deputat Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, İranın birinci vitse-prezidentinin Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı təklifinin nəyə əsaslandığını əvvəlcədən izah etmək lazımdır: “Nə üçün Xəzər dənizinin adını Kaspian etmək zərurəti var? Əgər bunun bir əsaslandırması yoxdursa bəs onda bunun siyasi səbəbi nədir? Məncə biz bu suallara cavab axtaranda burada biz İranın imperialist ambisiyasını görürük. Məhəmməd Rza Arif hesab edir ki, Xəzər adı türkcədir ona görə onun adı dəyişdirilməlidir. Amma o, hesab edir ki, Kaspian dənizi olsa bu türkcə olmayacaq. Rza Arifin necə düşünməsindən asılı olmayaraq Xəzər bu gün də türk dənizidir və türklərin daxili dənizidir. Xəzər ətrafında 5 dövlət yerləşsə də Xəzər dənizinin sahillərində yaşayan və 5 dövlətin vətəndaşları olan xalqlar yenə türk xalqlarıdır. Ona görə də tarixən olduğu kimi bu gün də Xəzərin adı türkcədir. Başqa bir məsələ Məhəmməd Rza Arifin coğrafi və toponomik savadının olmamasıdır. Çünki Xazər və Kaspiy sözləri eyni toponimin müxtəlif cür səsləndirilməsi nəticəsində meydana gəlib. Kaspi sözü də Kas bəy sözündəndir, Xəzər sözü isə Kas ər sözündəndir. Kas sözü ucalığı bildirir. Bir qədər qədimə getdikdə isə tarixi mənbələrdə Xəzər dənizinin adı Gök dənizdir. Çünki biz Ağ dəniz, Qara dəniz və Gök dəniz deyə üç dəniz tanıyırıq. Ağ istini bildirdiyi üçün Ağ dəniz adlandırılıb. Qara qədim türk dillərində sərt və soyuq hesab olunduğu üçün Qara dənizə bu cür ad verilib. Xəzər isə sakit və mavi olduğu üçün Gök dəniz adlandırılıb. Görünür, Məhəmməd Rza Arifin bu tarixi faktlardan da xəbəri yoxdur. Ona görə də yaxşı olar ki, Məhəmməd Rza Arif Azərbaycana gəlsin və biz bu məsələlərlə bağlı ona izah verək, onu məlumatlandıraq”.
23:34 / 05 Noyabr 2026
270
22:44 / 05 Noyabr 2026
828
22:33 / 05 Noyabr 2026
90
22:27 / 05 Noyabr 2026
73
22:20 / 05 Noyabr 2026
84
22:14 / 05 Noyabr 2026
78
22:06 / 05 Noyabr 2026
74
21:53 / 05 Noyabr 2026
73
21:50 / 05 Noyabr 2026
110
21:40 / 05 Noyabr 2026
92
21:35 / 05 Noyabr 2026
189
21:27 / 05 Noyabr 2026
483
21:25 / 05 Noyabr 2026
96
21:15 / 05 Noyabr 2026
261
21:14 / 05 Noyabr 2026
102
21:00 / 05 Noyabr 2026
280
20:58 / 05 Noyabr 2026
123
20:47 / 05 Noyabr 2026
219
20:44 / 05 Noyabr 2026
122
20:37 / 05 Noyabr 2026
143
20:22 / 05 Noyabr 2026
280
20:19 / 05 Noyabr 2026
166
20:11 / 05 Noyabr 2026
436
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.