Prezident yeni FƏRMAN İMZALADI: 3 quruma TAPŞIRILDI
05 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
48
05.11.2026, 16:53
Erməni iranşünas Vardan Voskanyan sosial şəbəkə hesabında İranın Xudafərin körpüsü istiqamətində Azərbaycan sərhədinə zərbə endirə biləcəyini iddia edib. O, bu iddiasını İranın dini lideri Müctəba Xameneinin "İran hansısa coğrafi məhdudiyyət olmadan cavab zərbələri endirəcək" açıqlamasına və Telegram-ın İran seqmentində yayılan kadrlara əsaslandırmağa çalışıb. Paylaşılan görüntülərdə Azərbaycan-İran sərhədində yerləşən strateji əhəmiyyətli Xudafərin körpüsü və "Yaşa Azərbaycan" yazısının güya hədəf göstərildiyi iddia olunur. Ermənistan mediasından olan təxribatçıların bu cür provokativ iddiaları Cənubi Qafqazda gərginliyi artırmaq məqsədi daşıyır. Bölgədəki son təhlükəsizlik vəziyyətini, bənövşəyi bəyanatları və Azərbaycan-İran münasibətlərinin hazırkı dinamikasını Oxu24.com-a şərh edən politoloq Elşad Həsənov məsələyə münasibət bildirib.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov bildirib ki, ermənilərin ən böyük arzusu İranla Azərbaycan arasında gərginliyin olması və İranın Azərbaycana zərbə endirməsidir:
“Azərbaycanla İran arasında münasibətlərin hazırkı mərhələsi normal və inkişaf dinamikası ilə xarakterizə olunur. Hər iki ölkənin dövlət başçıları arasında mövcud əlaqələr münasibətlərin qarşılıqlı anlaşma və əməkdaşlıq istiqamətində inkişafına zəmin yaradır”.
Onun sözlərinə görə, bununla yanaşı, İran daxilində Azərbaycana qarşı qeyri-dost mövqedən çıxış edən, ölkəmizin müstəqilliyinə və suverenliyinə hörmətsizlik nümayiş etdirən, Azərbaycanda dini dövlət qurulmasını arzulayan müəyyən radikal qüvvələr mövcuddur. Azərbaycan dövləti isə bu cür fəaliyyətlərə qarşı müvafiq hüquqi və siyasi tədbirlər həyata keçirir. Bu çərçivədə İran vətəndaşı olan 14 şəxsin arzuolunmaz şəxs elan edilərək ölkəyə girişinə qadağa qoyulması Azərbaycanın milli maraqlarını və təhlükəsizliyini qorumaq istiqamətində atılan addımlardan biridir.
Elşad Həsənov qeyd edib ki, Xudafərin körpüsü üzərində “Yaşa Azərbaycan” ifadəsinin yazılması da Azərbaycanın milli kimliyini, dövlətçilik iradəsini və suverenliyini ifadə edən rəmzi məna daşıyır. Azərbaycanın 30 ildən artıq işğal altında qalan ərazilərini öz hərbi gücü hesabına azad etməsi, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin regional və beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib:
“Hazırda Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində orta güc kimi də qəbul edilir. Ölkəmizin Türkiyə və Pakistanla strateji müttəfiqlik münasibətləri, ABŞ-la strateji tərəfdaşlığın inkişafı, Çinlə əməkdaşlığı, eləcə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələri Azərbaycanın regional təhlükəsizlik arxitekturasındakı mövqeyini möhkəmləndirir”.
Ekspert vurğulayıb ki, İranla Azərbaycan arasında əvvəlki illərdə yaşanan hərbi-siyasi gərginliklər də regionda qüvvələr balansının əhəmiyyətini nümayiş etdirib. Belə ki, bir neçə il əvvəl İranın Azərbaycanla sərhəd istiqamətində hərbi qüvvələr cəmləşdirməsi və hərbi təlimlər keçirməsi iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb olmuşdu. Həmin dövrdə Türkiyə, Pakistan və ABŞ tərəfindən Azərbaycanın suverenliyinə dəstək ifadə edilməsi regionda siyasi və hərbi balans baxımından mühüm amil kimi qiymətləndirilirdi. Bu amillər İranın Azərbaycana qarşı mümkün təzyiq siyasətinin məhdudlaşdırılmasında rol oynayan faktorlar sırasında göstərilə bilər.
Politoloq hesab edir ki, Məsud Pezeşkianın Prezident seçilməsindən sonra Azərbaycan-İran münasibətlərində normallaşma istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur:
“Lakin İran daxilində Azərbaycana qarşı sərt ritorikanı dəstəkləyən və münasibətlərin inkişafına mane olan radikal qüvvələrin mövcudluğu regional münasibətlər üçün risk amili olaraq qalır. İranın daxili siyasi və sosial vəziyyətində baş verən dəyişikliklərin gələcəkdə bu qüvvələrin təsir imkanlarına da təsir göstərə biləcəyi ehtimal olunur”.
“Ümumilikdə, Azərbaycana qarşı səsləndirilən hədə-qorxu xarakterli bəyanatların real siyasi və hərbi əsasları məhdud qiymətləndirilir. Azərbaycan öz milli maraqlarını, dövlət suverenliyini və sərhəd təhlükəsizliyini qorumaq üçün kifayət qədər siyasi, diplomatik və müdafiə imkanlarına malikdir. Bu baxımdan, Xudafərin körpüsü və digər strateji ərazilərlə bağlı mümkün təhdidlərə qarşı ölkənin müvafiq təhlükəsizlik mexanizmləri mövcuddur”,- deyə politoloq əlavə edib.
Çimnaz Telmanqızı
17:03 / 05 Noyabr 2026
66
16:47 / 05 Noyabr 2026
52
16:34 / 05 Noyabr 2026
98
16:30 / 05 Noyabr 2026
75
16:25 / 05 Noyabr 2026
86
16:20 / 05 Noyabr 2026
91
16:09 / 05 Noyabr 2026
675
15:55 / 05 Noyabr 2026
918
15:46 / 05 Noyabr 2026
137
15:31 / 05 Noyabr 2026
207
15:25 / 05 Noyabr 2026
122
15:10 / 05 Noyabr 2026
101
14:57 / 05 Noyabr 2026
220
14:50 / 05 Noyabr 2026
169
14:48 / 05 Noyabr 2026
210
14:44 / 05 Noyabr 2026
108
14:41 / 05 Noyabr 2026
154
14:36 / 05 Noyabr 2026
113
14:25 / 05 Noyabr 2026
183
14:24 / 05 Noyabr 2026
149
14:18 / 05 Noyabr 2026
357
14:08 / 05 Noyabr 2026
199
14:01 / 05 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.