BİLET UCUZLAŞDI: Bu gündən...
01 Noyabr 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
685
21.09.2026, 17:10
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası təşkil olunub.
Şamaxı "ASAN Həyat" kompleksində baş tutan tədbir ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramının, IDEA İctimai Birliyinin və “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”nın birgə təşkilatçılığı ilə keçirilib.
Məqsəd kağız tullantılarının təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif rayonların ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Aksiyada 200 tondan çox kağız tullantıdan hazırlanmış “Yaşıl dağ” təqdim edilib. Burada ASAN könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri və mədəniyyət guşəsi nümayiş etdirilib, eləcə də müxtəlif musiqi nömrələri səsləndirilib.
7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyasına Azərbaycanın 30-dan çox şəhər və rayonundan olan idarə və təşkilatlar, vətəndaşlar, məktəblilər qoşulublar.
Proqram çərçivəsində 11 il ərzində 2400 tondan çox kağız tullantısı təkrar emala göndərilib və nəticədə 40.800-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 600-dən çox ekoloji istiqamətdə layihə, 200-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.





23:45 / 01 Noyabr 2026
1
23:40 / 01 Noyabr 2026
14
23:27 / 01 Noyabr 2026
67
23:25 / 01 Noyabr 2026
168
23:14 / 01 Noyabr 2026
97
23:00 / 01 Noyabr 2026
272
22:56 / 01 Noyabr 2026
75
22:04 / 01 Noyabr 2026
85
21:49 / 01 Noyabr 2026
110
21:49 / 01 Noyabr 2026
91
21:26 / 01 Noyabr 2026
224
21:14 / 01 Noyabr 2026
255
20:55 / 01 Noyabr 2026
152
20:49 / 01 Noyabr 2026
103
20:35 / 01 Noyabr 2026
689
20:24 / 01 Noyabr 2026
139
20:20 / 01 Noyabr 2026
326
19:59 / 01 Noyabr 2026
156
19:55 / 01 Noyabr 2026
207
19:50 / 01 Noyabr 2026
469
19:36 / 01 Noyabr 2026
142
19:28 / 01 Noyabr 2026
112
19:15 / 01 Noyabr 2026
408
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.