Azərbaycanla bağlı narahatlıq Ermənistanda niyə artır? – Politoloq səbəbi açıqladı
23 İyul 2026, 16:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
204
23.07.2026, 17:04
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi intensiv şəkildə davam edir və tərəflər arasında müxtəlif həll yolları müzakirə olunur. Son dövrlərdə əsas müzakirə mövzularından biri də anklav kəndlərin taleyi və onların qarşılıqlı qaytarılması məsələsidir. Məlum olduğu kimi, Azərbaycanın bir sıra anklav kəndləri hələ də Ermənistan ərazisində qalmaqdadır. İctimaiyyətdə və ekspert dairələrində Ermənistanın anklav kəndlərin qarşılığında Azərbaycan ərazisindəki Başkəndi tələb etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu fonda rəsmi Bakının seçə biləcəyi variantlar və prosesin gedişatı cəmiyyətin diqqət mərkəzindədir. Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən politoloq Elşad Həsənov vacib məqamlara toxunub.
Elşad Həsənov bildirib ki, Azərbaycan torpaqları işğal altında olan zaman Azərbaycanın 8 kəndi də müharibədən sonra onların nəzarəti altında qaldı. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının 2024-cü il 19 aprel tarixində əldə olunan razılaşma əsasında Qazax istiqamətində Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarıldı:
“Ancaq anklav kəndlər – Yuxarı Əskipara, Sofulu Ermənistan ərazisində qaldı, həm də xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi də anklav kənd olaraq hələlik Ermənistan tabeçiliyindədir”.
Onun sözlərinə görə, bu komissiyalar iş aparır, müvafiq işlər görülür:
“İndi Ermənistanın bizim ərazimizdə bir anklav kəndi var – Başkənd. Bu Başkənd sərhəddən 18 kilometr içəri, yəni Ermənistan-Azərbaycan sərhədindən 18 kilometr içəridə, Gədəbəy rayonunun ərazisində yerləşir və ümumi ərazisi 40 kvadrat kilometrdir. Həmin kənd uğrunda da ermənilər 1992-ci ilin avqustunda silahlı qüvvələri ilə hücuma keçdilər, Gədəbəyin bir neçə kəndini işğal edib həmin anklavla birləşmək istədilər”.
Politoloq qeyd edib ki, Azərbaycan ordusu iki günlük müharibə nəticəsində Ermənistan silahlı qüvvələrini vurub ordan çıxara bildi və həmin kəndi də öz nəzarətinə aldı. Bu, 6-8 avqust 1992-ci ildə baş verdi:
“İndi isə bizim 4 anklav kəndimiz Ermənistan ərazisindədir, onlarınsa 1 kəndi bizim ərazimizdədir. Təbii ki, bunlar da artıq müharibə bitib, diplomatik yollarla məsələlər həll olunur. Apardığımız işlər sayəsində Qazaxın kəndləri qaytarıldı və o biri kəndlərin də qaytarılması haqqında danışıqlar gedir”.
Bütün bunların komissiyaların razılığı ilə həll olunacağını vurğulayan Elşad Həsənov hesab edir ki, Başkənd məsələsi hansısa kəndin anklav kəndlə dəyişdirilə bilər:
“Bu məsələlərdə hesab etmirəm ki, ermənilər gəlib indi təkrar Başkənddə yaşamalıdırlar. Bəli, buna biz razıyıq, gəlsinlər, ancaq bu, alınan məsələ deyil.
Ona görə də düşünürəm ki, ən yaxşı variant odur ki, onlar torpağı – həmin anklav kəndləri arasında razılığa gəlsinlər. Yəni Başkənd qalır Azərbaycan ərazisində, bizim də hər hansı bir kəndimiz, anklavda dərinlikdə olan kəndimiz onlar ilə mübadilə edilə bilər. Başqa burda müharibə və digər məsələlər olası deyil”.
Çimnaz Telmanqızı
19:13 / 23 İyul 2026
1
19:09 / 23 İyul 2026
43
18:57 / 23 İyul 2026
48
18:37 / 23 İyul 2026
42
17:59 / 23 İyul 2026
64
17:45 / 23 İyul 2026
71
17:35 / 23 İyul 2026
83
17:25 / 23 İyul 2026
73
17:12 / 23 İyul 2026
99
17:00 / 23 İyul 2026
78
16:58 / 23 İyul 2026
95
16:53 / 23 İyul 2026
101
16:46 / 23 İyul 2026
96
16:35 / 23 İyul 2026
89
16:30 / 23 İyul 2026
84
16:10 / 23 İyul 2026
90
15:55 / 23 İyul 2026
96
15:40 / 23 İyul 2026
90
15:20 / 23 İyul 2026
99
15:19 / 23 İyul 2026
95
14:59 / 23 İyul 2026
86
14:40 / 23 İyul 2026
105
14:39 / 23 İyul 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.