Sərəncam İMZALANDI: Yeni rəhbər təyin edilib
12 Oktyabr 2026, 19:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
274
23.07.2026, 18:57
Əmək Məcəlləsinə əsasən, 65 yaşına çatmış müəllimlərlə əmək müqaviləsinin uzadılması mümkündür. Lakin bu qərarın hansı meyarlar əsasında verilməsi ilə bağlı müxtəlif suallar yaranır.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, praktikada 65 yaşına çatan müəllim və məktəb rəhbərlərinin fəaliyyətinin davam etdirilməsi bir sıra göstəricilər əsasında qiymətləndirilir.
Onun sözlərinə görə, ümumilikdə yaş həddinə çatan müəllimlər və məktəb direktorları əmək müqaviləsinin başa çatması ilə əlaqədar təqaüdə göndərilirlər. Lakin müəyyən hallarda istisnalar tətbiq edilir.
"Əgər müəllimin və ya rəhbər şəxsin 'Əməkdar müəllim' fəxri adı, 'Tərəqqi' medalı, Elm və Təhsil Nazirliyinin 'Təhsildə fərqlənməyə görə' döş nişanı varsa və ya 60 yaşdan sonra sertifikatlaşdırmada yüksək nəticə göstəribsə, müəyyən güzəştlər tətbiq oluna bilər", – deyə ekspert bildirib.
M.Məmmədlinin sözlərinə görə, son illərdə bu prosesə nəzarət gücləndirilsə də, qərarların verilməsində vahid yanaşmanın tam formalaşdığını söyləmək çətindir.
"Praktikada bəzi hallarda ümumi fəaliyyəti yüksək qiymətləndirilməyən müəllim və ya rəhbər şəxslərin də fəaliyyət müddətinin yerli təhsil idarələri tərəfindən uzadıldığını görmüşük. Buna baxmayaraq, son iki ildə prosesə daha ciddi nəzarət olunur", – o qeyd edib.
Ekspert bildirib ki, hazırda əsasən yüksək peşəkarlığı, uğurlu fəaliyyəti və yaxşı nəticələri ilə seçilən müəllim və rəhbər şəxslərin əmək müqaviləsi yerli təhsil idarələrinin qərarı ilə bir il müddətinə uzadıla bilir.
M.Məmmədli hesab edir ki, təcrübəli müəllimlərin potensialından istifadə edilməlidir.
"Elə müəllimlər var ki, həm peşəkarlıqları, həm idarəetmə bacarıqları, həm də sağlamlıqları onlara fəaliyyətlərini davam etdirməyə imkan verir. Belə şəxslərin təcrübəsinin gənc nəslə ötürülməsi baxımından onların bir və ya bir neçə il də işləməsi məqsədəuyğun ola bilər", – deyə o bildirib.
Bununla yanaşı, ekspert qeyd edib ki, son bir ildə 65 yaşına çatan müəllim və rəhbər şəxslərin təqaüdə göndərilməsi halları daha sistemli şəkildə həyata keçirilir.
AzEdu Təhsil Platformasının direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri isə vurğulayıb ki, Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə, o cümlədən təhsil müəssisələrində çalışanların yaş həddi 65-dir. Bununla belə, müəyyən hallarda müəllimlərin əmək müqaviləsinin uzadılması mümkündür.
Onun sözlərinə görə, bunun üçün bir sıra hüquqi və peşəkar meyarlar nəzərə alınır.
"65 yaşına çatmış müəllimin 'Əməkdar müəllim' fəxri adı və digər rəsmi təltifləri olduqda onun əmək müqaviləsi bir il müddətinə uzadıla bilər. Bu proses maksimum 70 yaşadək davam etdirilə bilər. 70 yaşdan sonra isə qanunvericilik müəllimlə əmək müqaviləsinin uzadılmasına imkan vermir", – deyə ekspert bildirib.
E.Nuri qeyd edib ki, ucqar yaşayış məntəqələrində müəllim çatışmazlığı olduğu hallarda da yaş həddinə çatmış müəllimlərin fəaliyyətini davam etdirməsinə ehtiyac yarana bilər.
"Bəzi ucqar məktəblərə yeni müəllimlər getmir və ya kadr ehtiyacı tam ödənilmir. Belə hallarda həmin məktəblərdə çalışan təcrübəli müəllimlərin yaş həddindən sonra da işləməsinə şərait yaradılır", – o vurğulayıb.
Ekspert hesab edir ki, təcrübəli müəllimlərin bilik və bacarığından yaş həddindən sonra da istifadə etmək mümkündür.
"Şəxsən mən hesab edirəm ki, 65 yaşdan yuxarı müəllimlər bir neçə il də fəaliyyətlərini davam etdirə bilərlər. Bununla yanaşı, onlar məktəbdən tam uzaqlaşdırılmamalıdır", – deyə E.Nuri bildirib.
Onun fikrincə, gələcəkdə Azərbaycanda "Ömürboyu təhsil" (Life Long Education) modeli geniş tətbiq olunarsa, yaş həddinə görə məktəbdən ayrılan müəllimlər həmin layihələrdə fəaliyyət göstərə bilərlər.
"Vaxtilə təhsil ala bilməyən, yaxud ikinci təhsil almaq istəyən yaşlı insanlar üçün xüsusi tədris proqramları yaradıla bilər. Bu qruplarla işləmək üçün uzun illərin təcrübəsinə malik müəllimlərdən istifadə etmək daha məqsədəuyğun olar", – deyə ekspert əlavə edib.
19:59 / 12 Oktyabr 2026
81
19:56 / 12 Oktyabr 2026
59
19:50 / 12 Oktyabr 2026
87
19:44 / 12 Oktyabr 2026
50
19:33 / 12 Oktyabr 2026
76
19:28 / 12 Oktyabr 2026
142
19:19 / 12 Oktyabr 2026
67
19:18 / 12 Oktyabr 2026
80
19:05 / 12 Oktyabr 2026
289
18:45 / 12 Oktyabr 2026
82
18:41 / 12 Oktyabr 2026
2945
18:35 / 12 Oktyabr 2026
160
18:15 / 12 Oktyabr 2026
165
18:12 / 12 Oktyabr 2026
213
17:54 / 12 Oktyabr 2026
137
17:49 / 12 Oktyabr 2026
983
17:47 / 12 Oktyabr 2026
306
17:45 / 12 Oktyabr 2026
152
17:39 / 12 Oktyabr 2026
1223
17:33 / 12 Oktyabr 2026
93
17:33 / 12 Oktyabr 2026
88
17:26 / 12 Oktyabr 2026
80
17:24 / 12 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.