Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
29 Sentyabr 2026, 17:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
623
02.05.2026, 18:19
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Oxu24.com Trend-ə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Slovakiya da təmsil olunacaq: baş nazirin müavini, eləcə də regional inkişaf naziri gələcək. Bundan əlavə, artıq may ayında, WUF ərəfəsində, parlament sədrinin səfəri gözlənilir. Həmçinin Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır”, - deyə səfir bildirib.
E.Qasımov qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur: "Biz müdafiə sənayesi sahəsində, eləcə də infrastruktur layihələrində yaxşı əməkdaşlıq edirik”.
"Çox müsbət təəssüratlarım formalaşıb. Qarabağda artıq bir neçə dəfə olmuşam, buna görə ümumilikdə təəssüratlarım müsbətdir”, - deyə diplomat səfəri şərh edərkən əlavə edib.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.
İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.
Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.
17:41 / 29 Sentyabr 2026
1
17:30 / 29 Sentyabr 2026
31
17:20 / 29 Sentyabr 2026
39
17:19 / 29 Sentyabr 2026
48
17:15 / 29 Sentyabr 2026
50
17:11 / 29 Sentyabr 2026
63
17:05 / 29 Sentyabr 2026
49
17:02 / 29 Sentyabr 2026
48
16:58 / 29 Sentyabr 2026
55
16:56 / 29 Sentyabr 2026
66
16:46 / 29 Sentyabr 2026
156
16:31 / 29 Sentyabr 2026
67
16:24 / 29 Sentyabr 2026
53
16:19 / 29 Sentyabr 2026
220
16:14 / 29 Sentyabr 2026
52
16:05 / 29 Sentyabr 2026
62
16:01 / 29 Sentyabr 2026
47
15:54 / 29 Sentyabr 2026
68
15:44 / 29 Sentyabr 2026
431
15:41 / 29 Sentyabr 2026
71
15:10 / 29 Sentyabr 2026
74
14:56 / 29 Sentyabr 2026
83
14:40 / 29 Sentyabr 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.