Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
565
01.05.2026, 15:40
Milli Məclis Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Sazişi ratifikasiya edib.
Oxu24.com xəbər verir ki, sazişin təsdiqi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş" 2025-ci il 26 iyun tarixində imzalanıb.
Sənəd 25 maddədən ibarətdir.
Bu Saziş tərəf dövlətlərin məhkəmə aktlarının, səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının icrası zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının, dövlət və digər orqanların və təşkilatların qanuni mənafelərinin müdafiəsini təmin etmək, tərəflərin qanunvericiliyi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin həmin aktların məcburi icrası üzrə funksiyalarının həyata keçirilməsi həvalə edilmiş orqanlarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək məqsədilə imzalanıb.
Vurğulanıb ki, saziş icra sənədlərinin (məhkəmə, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən verilmiş, həmçinin notarial qaydada təsdiq edilmiş, tərəfin qanunvericiliyinə uyğun olaraq məcburi icra orqanı tərəfindən icra edilməli olan sənəd) məcburi icra prosedurlarını həyata keçirərkən tərəflərin məcburi icra orqanlarının (tərəfin qanunvericiliyi ilə məhkəmə aktlarının, səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrasını həyata keçirmək funksiyası həvalə olunmuş orqan və ya şəxs) məlumat mübadiləsi üzrə əməkdaşlığının əsas istiqamətlərini müəyyən edir. Burada məqsəd icra sənədlərinin məcburi icrasının təmin olunması, habelə onların icrası zamanı hüquqi yardım mexanizmlərindən istifadənin səmərəliliyinin artırılmasıdır.
Qeyd edilib ki, tərəflər əməkdaşlıq çərçivəsində sorğu əsasında fiziki və hüquqi şəxslərdən, dövlət orqanlarından və vəzifəli şəxslərdən məlumatların, arayışların, sənədlərin və ya onların müvafiq qaydada təsdiq edilmiş surətlərinin alınmasının təmin edirlər.
Tərəflərin məcburi icra orqanları bu Saziş əsasında təqdim edilən məlumatları yalnız sorğuda nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün lazım olan həddə sorğu edir, emal və istifadə edirlər. Əgər sorğu edilən tərəfin qanunvericiliyində bu cür məlumatların üçüncü şəxslərə açıqlanması üçün xüsusi qayda nəzərdə tutulursa, bununla bağlı prosedur iddiaçıya izah olunur.
Sorğunun icra müddəti onun qəbul edildiyi gündən 30 iş günü müəyyən edilsə də, sorğu edən tərəf bu müddətin azaldılmasını xahiş edə bilər.
Sənədə əsasən, məlumat mübadiləsi zamanı qarşılıqlı olaraq informasiya təhlükəsizliyi tələblərinə riayət olunur, sorğunun konfidensiallığı təmin olunur.
Qeyd olunub ki, bu Sazişə tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz hissəsi olan və bu Sazişin qüvvəyə minməsi üçün müəyyən edilmiş qaydada qüvvəyə minən müvafiq protokollarla rəsmiləşdirilən dəyişikliklər edilə bilər.
Tərəflər arasında yarana bilən mübahisəli məsələlər qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.