Azərbaycanda əhalinin sayı artıb
21 İyul 2026, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
13576
30.04.2026, 11:03
Fars körfəzi və Yaxın Şərqdə artan hərbi-siyasi risklər qlobal enerji təhlükəsizliyini təhdid etdiyi bir vaxtda, Azərbaycan Avrasiyanın ən etibarlı tranzit qovşağı kimi ön plana çıxır.
Milli Məclisin deputatı Zaur Şükürov regiondakı son vəziyyətin iqtisadi layihələrə təsiri və investorların yeni seçimləri barədə Oxu24.com-a geniş açıqlama verib.
Zaur Şükürov bildirib ki, Fars körfəzi regionunda müşahidə edilən geosiyasi gərginlik qlobal enerji təhlükəsizliyi və tədarük zəncirləri üçün ciddi sınaqlar yaradır. Hörmüz boğazı kimi kritik keçid məntəqələrində yaranan qeyri-müəyyənlik investorları daha ehtiyatlı davranmağa vadar etsə də, bu vəziyyət eyni zamanda alternativ quru və dəniz marşrutlarının strateji əhəmiyyətini artırır:
“Regionda hərbi-siyasi risklərin yüksəlməsi birbaşa iki amilə - logistik xərclərin artması və təhlükəsizlik sığortası tariflərinin yüksəlməsinə təsir göstərir. Eyni zamanda, gərginlik davam etdikcə investorlar “təhlükəsiz bölgə və limanlar”axtarışana çıxır və kapitallarını daha təhlükəsiz bölgələrə yönəltməyə çalışırlar”.
Deputat qeyd edib ki, qlobal logistika nəhəngləri artıq tək bir marşrutdan asılılığı azaltmaq üçün alternativ dəhlizlərə üstünlük verirlər. Bu kontekstdə, dəniz yollarının mümkün blokadası quru və multimodal daşımaların cəlbediciliyini artırır.
Fars körfəzi və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Cənubi Qafqazın, xüsusilə Azərbaycanın Avrasiya miqyasında "təhlükəsiz dəhliz" funksiyasını öz üzərinə götürdüyünü vurğulayan Zaur Şükürov, ölkəmizin "Kəmər və Yol" təşəbbüsündəki rolunu xüsusi qeyd edib:
“Azərbaycan Çindən sonra bu təşəbbüs çərçivəsində infrastruktur layihələrinə ən çox sərmayə yatıran dövlətdir.Şərq-Qərb istiqamətində ən qısa və təhlükəsiz yol olan Orta Dəhliz, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və gələcəkdə tam istifadəyə veriləcək Zəngəzur dəhlizi, habelə onun tərkib hissəsi olan TRIPP marşrutu Fars körfəzindəki risklərdən yan keçmək istəyən yüklər üçün ideal alternativdir”.
Deputat əlavə edib ki, Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışının Azərbaycan üzərindən optimallaşdırılması ölkəmizin tranzit gəlirlərini artırmaqla yanaşı, logistik hab statusunu da möhkəmləndirir.
Körfəz münaqişəsinin müəyyən riskləri də qaçılmaz etdiyini deyən Zaur Şükürov, bunun ilk növbədə neft qiymətlərinin volatilliyinə təsir etdiyini bildirib:
“Qısamüddətli dövrdə gəlirləri artırsa da, uzunmüddətli perspektivdə qlobal iqtisadi geriləməyə və qeyri-neft sektorunda investisiya aktivliyinin azalmasına səbəb ola bilər. Həmçinin, münaqişə bölgəsinin coğrafi yaxınlığı investorların regionumuza qarşı ehtiyatlı yanaşmasına gətirib çıxarar”.
Buna baxmayaraq, deputat Azərbaycanın keçdiyi inkişaf yolunun investorlar üçün ən böyük zəmanət olduğunu da vurğulayıb:
“Son iyirmi il ərzində Azərbaycana 350 milyard ABŞ dolları həcmində sərmayə yatırılmışdır və onun yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Bu dövrün xeyli hissəsi torpaqlarımızın işğal altında olduğu riskli zamanlara təsadüf edirdi. Lakin Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz “təhlükəsizlik adasına” çevrilmişdir”.
Zaur Şükürov yekunda qeyd edib ki, məhz bu strateji kursun nəticəsində Zəngəzur dəhlizi və digər qlobal layihələr gerçəkliyə çevriləcək, Azərbaycan dünyanın ən sabit və cəlbedici investisiya mərkəzlərindən biri kimi nüfuzunu qoruyacaqdır.
Çimnaz Telmanqızı
11:59 / 21 İyul 2026
1
11:31 / 21 İyul 2026
42
11:17 / 21 İyul 2026
50
10:54 / 21 İyul 2026
64
10:37 / 21 İyul 2026
60
10:34 / 21 İyul 2026
67
10:32 / 21 İyul 2026
72
10:26 / 21 İyul 2026
64
10:15 / 21 İyul 2026
65
10:02 / 21 İyul 2026
58
09:45 / 21 İyul 2026
63
09:34 / 21 İyul 2026
73
09:31 / 21 İyul 2026
53
09:28 / 21 İyul 2026
66
09:11 / 21 İyul 2026
71
09:07 / 21 İyul 2026
67
23:24 / 20 İyul 2026
88
22:51 / 20 İyul 2026
80
22:30 / 20 İyul 2026
96
22:18 / 20 İyul 2026
82
21:42 / 20 İyul 2026
119
21:19 / 20 İyul 2026
107
20:49 / 20 İyul 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.