Müctəba Xameneidən xalqa müraciət: "ABŞ müharibəni qızışdırmağa çalışır"
18 İyul 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
881
29.04.2026, 15:19
Sadələşdirilmiş gömrük əməliyyatlarının əhatə dairəsi müəyyənləşir, Ticarətin Asanlaşdırılması mərkəzləri olacaq.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, gömrük nəzarəti zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edəcəklər:
- mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin formalarının növbədənkənar aparılması;
- xarici ticarət iştirakçılarının nəqliyyat vasitələrinə tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanları tərəfindən tanınması;
- gömrük orqanlarının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan xarici ticarət iştirakçıları tərəfindən götürülməsi;
- gömrük nəzarəti altında olan malların gömrük orqanlarının vəzifəli şəxsinin iştirakı olmadan nəqliyyat vasitələrindən boşaldılması və nəqliyyat vasitələrinə yüklənməsi;
- gömrük nəzarəti altında olan malların daşınması üçün gömrük orqanları tərəfindən marşrutun müəyyən edilməməsi;
- malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlancının onların sahibinin istifadəsində olan anbarlarda həyata keçirilməsi;
- idxal olunan malların birbaşa şəxsin istifadəsində olan anbara aparılması;
- ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malların bəyan edildiyi dövlət sərhədindən buraxılış məntəqəsinə birbaşa göndərilməsi.
Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edəcəklər:
- gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan malların buraxılışının növbədənkənar və dərhal təmin edilməsi;
- gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının gömrük orqanları tərəfindən tələb olunmaması;
- gömrük ərazisinə gətirilmiş malların qısa idxal bəyannaməsi əsasında buraxılışına icazə verilməsi;
- gömrük rəsmiləşdirilməsinə dair bütün gömrük əməliyyatlarının Ticarətin Asanlaşdırılması Mərkəzlərində prioritet qaydada həyata keçirilməsi (Ticarətin Asanlaşdırılması Mərkəzi asanlaşdırılmış gömrük rəsmiləşdirilməsi, logistika və digər dövlət xidmətlərinin vahid məkanda əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün müəyyən olunmuş gömrük nəzarəti zonasıdır);
- malların sadələşdirilmiş bəyannamə əsasında bəyan olunması.
Döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Mərkəzi Bankın ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə mühit zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi isə güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.Həmin malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
00:05 / 19 İyul 2026
87
23:30 / 18 İyul 2026
80
23:00 / 18 İyul 2026
75
22:43 / 18 İyul 2026
270
22:20 / 18 İyul 2026
98
22:11 / 18 İyul 2026
233
21:26 / 18 İyul 2026
99
20:51 / 18 İyul 2026
70
20:39 / 18 İyul 2026
109
20:29 / 18 İyul 2026
196
20:11 / 18 İyul 2026
76
20:09 / 18 İyul 2026
98
20:01 / 18 İyul 2026
94
19:56 / 18 İyul 2026
90
19:44 / 18 İyul 2026
91
19:37 / 18 İyul 2026
95
19:07 / 18 İyul 2026
93
18:57 / 18 İyul 2026
112
18:24 / 18 İyul 2026
98
18:07 / 18 İyul 2026
92
13:55 / 18 İyul 2026
136
13:32 / 18 İyul 2026
898
13:25 / 18 İyul 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.