Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
616
28.04.2026, 14:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu. Prezident İlham Əliyev özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.
Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxundu.
Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.
Qonaq dövlətimizin başçısının liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilmiş uğurlar, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbriklərini çatdırdı.
Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli gündəliyin zəngin olduğu vurğulandı, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunuldu, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirildi.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.