TƏCİLİ! Türkiyə Krımla bağlı HƏRƏKƏTƏ KEÇDİ - ŞOK bəyanat!
18 May 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
425
28.04.2026, 11:03
Azərbaycan-Çexiya əməkdaşlığında yeni mərhələ
Azərbaycan və Çexiya arasındakı siyasi, ticari-iqtisadi və humanitar münasibətlər 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əsasında hər iki ölkənin maraqlarına uyğun şəkildə davamlı inkişaf etməkdədir.
Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov bildirib.
Deputatın sözlərinə görə,əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə alaraq, qeyd edilməlidir ki, Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə keçirilən yüksək səviyyəli görüşlərlə münasibətlər yeni bir strateji mərhələyə qədəm qoymuşdur. Bu səfər sadəcə iki ölkə arasındakı siyasi dialoqun intensivliyini deyil, həm də siyasi, iqtisadi, energetika və müdafiə sənayesi sahələrində əməkdaşlığın keyfiyyətcə yeni, çoxşaxəli bir müstəviyə keçməsi üçün tətəflərin siyasi iradəsini nümayiş etdirir. Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında Davos İqtisadi Forumundan başlayan səmimi dialoq Qəbələdə konkret layihələrin və genişmiqyaslı tərəfdaşlıq planlarının müzakirəsi ilə davam etdirilmişdir.
"Səfər çərçivəsində bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Səfərin yekunlarına dair liderlərin mətbuata bəyanatları, həmçinin biznes-forum zamanı çıxışlarında iki ölkə arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri və hədəflər barədə fikirlər səsləndirildi.
İkitərəfli münasibətlərdə enerji əməkdaşlığı xüsusilə öndə olan sahələrdəndir. Hazırda Azərbaycan Çexiyanın enerji balansında həlledici rol oynayır və bu ölkənin neft idxalının 42 faizini təmin etməklə onun əsas təchizatçısına çevrilmişdir. Bu əməkdaşlıq artıq neft ixracı çərçivəsini aşaraq, gələcəkdə təbii qaz sahəsini də əhatə edə bilər. Çexiyanın ən iri enerji şirkətlərindən biri olan ÇES-in Azərbaycanla uzunmüddətli qaz təchizatı müqavilələri imzalamaq niyyəti Bakının Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu bir daha nümayiş etdirir. Bu, Azərbaycanın təkcə resurs ixracatçısı deyil, həm də etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul edildiyinin bariz göstəricisidir. Həmçinin, enerji sahəsi üzrə ixtisaslaşmış bir sıra şirkətlərin təmsilçilərinin Çexiya Baş nazirini müşayiət etməsi bilavasitə bu ölkənin sözügedən sahə üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deməyə əsas verir.
İqtisadi əlaqələrin diversifikasiyası tərəflər üçün prioritet hədəfdir. Baxmayaraq ki, ölkələr arasındakı ticarət dövriyyəsi 800 milyon dolları keçmişdir, bu rəqəmin böyük hissəsi neft sektoruna payına düşür. Qəbələdə keçirilən və 50-dən çox aparıcı Çex şirkətinin iştirak etdiyi biznes-forum ticarət strukturunun balanslaşdırılması və qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi üçün mühüm platforma oldu. Azərbaycanın son 20 ildə 350 milyard dollar sərmayə cəlb etməsi, sabit valyuta məzənnəsi və ÜDM-in cəmi 6,1 faizini təşkil edən aşağı xarici borcu çexiyalı investorlar üçün əlverişli və təhlükəsiz biznes mühiti təklif edir.
Xüsusilə müdafiə sənayesi istiqamətində əməkdaşlıq perspektivli sahələrindən hesab olunur. Çexiyanın bu sahədəki zəngin tarixi təcrübəsi və Aero Vodochody, Colt, Czechoslovak Group kimi dünya şöhrətli şirkətləri ilə Azərbaycanın müdafiə sənayesi sahəsinin əməkdaşlığı bu istiqamətdə səmərəli nəticələr əldə edilməsinə mühüm töhfə verə bilər. Tərəflər yalnız hərbi məhsulların alqı-satqısı deyil, eyni zamanda gələcədə birgə istehsal xətlərinin istifadəyə verilməsi üzərində müzakirələr aparılmasına maraq ifadə edirlər. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər uzun müddət ərzində bu sahədə uğurlu əməkdaşlıq edir və ölkəmiz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alır. İndiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir və bu sahənin genişmiqyaslı olacağı gözlənilir. Nəzərə alsaq ki, Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir, gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə müştərək fəaliyyət xüsusi önəm daşıyır.
Nəqliyyat və infrastruktur sahəsindəki perspektivlər də əhəmiyyətlidir. Bakı Metropoliteninin modernləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində birgə logistik imkanların dəyərləndirilməsi Çexiya texnologiyalarının Azərbaycanın tranzit mərkəzi kimi güclənməsinə töhfə verəcəyini vəd edir. Həmçinin, turizm və mədəniyyət sahəsindəki əlaqələr, xüsusilə Karlovı Varı hava limanının genişləndirilməsi kimi layihələr xalqlararası təmasların artmasına imkan verə bilər.
Yekun olaraq qeyd edə bilərik ki, Azərbaycan-Çexiya münasibətlərinin hər iki ölkənin maraqları naminə daha da dərinləməsi üçün geniş imkanlar mövcuddur və inanırıq ki, tərəflər bu istiqamətdə yeni hədəflərə nail olunması mqsədilə yüksək səviyyəli siyasi dialoq əsasında, müxtəlif ikitərəfli əməkdaşlıq mexanizmləri vasitəsilə səylərini daha da artıracaqlar"-,-deyə millət vəkili qeyd edib.
16:00 / 18 May 2026
9
15:42 / 18 May 2026
46
15:30 / 18 May 2026
130
15:18 / 18 May 2026
160
15:09 / 18 May 2026
131
14:59 / 18 May 2026
83
14:50 / 18 May 2026
69
14:42 / 18 May 2026
74
14:37 / 18 May 2026
73
14:31 / 18 May 2026
71
14:21 / 18 May 2026
68
14:09 / 18 May 2026
99
13:59 / 18 May 2026
81
13:49 / 18 May 2026
80
13:40 / 18 May 2026
74
12:59 / 18 May 2026
103
12:59 / 18 May 2026
97
12:46 / 18 May 2026
105
12:39 / 18 May 2026
83
12:34 / 18 May 2026
260
12:26 / 18 May 2026
89
12:21 / 18 May 2026
95
12:04 / 18 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.