TƏCİLİ! XİN açıqlama yaydı
06 İyun 2026, 19:03
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1946
27.04.2026, 16:09
Son zamanlar bir sıra beynəlxalq tədbirlərin, fərqli ölkələrin dövlət və hökumət başçıları ilə görüşlərin Qəbələdə keçirildiyini müşahidə edirik.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də məhz Qəbələdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Ardınca aprelin 26-da isə Çexiyanın Baş naziri Andrey Babişi də Qəbələdə qəbul edib. Bundan əvvəl 2025-ci ilin oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü də Qəbələdə baş tutmuşdu. Bütün bunlar onu göstərir ki, Qəbələ artıq Bakı və Şuşa kimi yeni diplomatik mərkəzə çevrilir.
Oxu24.com xəbər verir ki,Milli Məclisin deputatı Zahid Oruc Bakuposat.az-a bildirib ki, belə bir yanaşma strateji xəttdən irəli gəlir:
“Görürük ki, Azərbaycan Prezidenti təkcə Bakını deyil, ölkənin bölgələrini də beynəlxalq platformalara yönəldir. Burada strateji bir xətt var: Azərbaycanın regionları da təqdim olunur”.
Deputatın fikrincə, mühüm dövlət tədbirləri və görüşlərin Şuşada keçirilməsi qələbəmizə gedən yolun təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır:
“Azərbaycan dövlət başçısı Vətən müharibəsindəki qələbədən sonra əsasən də Şuşa şəhərini beynəlxalq görüşlərin, dövlətlərarası danışıqların, çoxtərəfli beynəlmiləl konfrans və toplantıların əsas siyasi mərkəzinə çevirir. Bu öz-özlüyündə azad edilmiş torpaqlarımızın yenidən dünyaya təqdimatı, Qarabağ gerçəkliklərini əyani şəkildə göstərmək formasıdır. Bütün bunlar həmçinin quruculuq proseslərinə başqa ölkələrin rəhbərlərini cəlb etmək, proseslə bağlı onların düşüncə və baxışlarını formalaşdırmaq, müəyyən səviyyədə maliyyə yardımlarının əldə olunması baxımından mühüm addımdır”.
Dövlət və hökumət başçıları ilə görüşlərin, vacib beynəlxalq tədbirlərin Qəbələ şəhərində keçirilməsinə gəldikdə, həmsöhbətimiz qeyd edir ki, Qəbələ siyasi, həmçinin turistik, iqtisadi mərkəz olmağa layiq şəhərdir:
“İkinci Qarabağ savaşı dövründə Qəbələ kimi alternativ yerlərin mühüm logistik məkanlar olduğunu, təhlükəsizlik mənası daşıdığını da gördük. Belə danışıqlar Gəncə və ya başqa rayonlarda da ola bilər. Ancaq Qəbələ və ətraf ərazilər mühüm turistik məkanlardır, buralar geniş təbiət zənginliyinə malikdir. Orada infrastruktur quruculuğu daha yaxşı inkişaf edib.
Dövlət və hökumət rəsmilərilə görüşlər praktik məna daşıyır, sonrakı dövrdə qərarlara çevrilir. Hər bir belə əyani görüş və təqdimatlar növbəti dövrdə yeni əməkdaşlıq layihələrini meydana gətirir”.
Deputatın fikrincə, təhlüksizlik baxımından zəmanətli olması, ora yatırılacaq böyük investisiyaların geri dönüş imkanları, kriminogen durumun sabitliyi, ərazinin əmək ehtiyatları imkan verir ki, Qəbələ zona üzrə bir iqtisadi vahid kimi inkişaf etsin:
“Prezidentin Qəbələni siyasi paytaxta çevirmək addımları ölkənin harmonik inkişaf etdirilməsi strategiyasının tərkib hissəsidir”.
23:18 / 06 İyun 2026
137
22:27 / 06 İyun 2026
141
21:39 / 06 İyun 2026
164
21:39 / 06 İyun 2026
124
21:26 / 06 İyun 2026
154
21:09 / 06 İyun 2026
185
20:09 / 06 İyun 2026
535
19:55 / 06 İyun 2026
155
19:37 / 06 İyun 2026
3226
19:35 / 06 İyun 2026
205
19:32 / 06 İyun 2026
859
19:29 / 06 İyun 2026
203
19:10 / 06 İyun 2026
1262
19:09 / 06 İyun 2026
159
19:03 / 06 İyun 2026
388
18:57 / 06 İyun 2026
171
18:40 / 06 İyun 2026
171
18:22 / 06 İyun 2026
166
17:54 / 06 İyun 2026
140
15:08 / 06 İyun 2026
172
15:05 / 06 İyun 2026
191
14:50 / 06 İyun 2026
354
14:44 / 06 İyun 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.