Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqazdakı dəyişikliklərə yanaşmasını yeniləmir
29 Sentyabr 2026, 23:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
8293
23.04.2026, 17:04
Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Natiq İbrahimov 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. O, 2021-ci il aprelin 23-də Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.
N.İbrahimovun tərcüməyi halını təqdim edirik:
İbrahimov Natiq Səhrab oğlu,1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxılqovaq kəndində anadan olub. N.İbrahimov Mıxılqovaq kənd orta məktəbini bitirib. 1972-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1979-1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb. 1982-1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib. 1985-1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub.
1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2014-cü ildən bu günə qədər Təhsil Nazirliyinin Elm, ali və ortaixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib. 1993-cü ildən sonrakı müddətdə də Bakı Dövlət Universitetində əvəzçiliklə baş müəllim, dosent və professor vəzifələrini tutub.
2008-2013-cü illərdə Avropa Ali Təhsil Məkanı (AHEA) Bolonya işçi Qrupunun (BFUG) Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə nümayəndəsi, kredit sisteminin respublikada tətbiqi üzrə məsul şəxs olub. Azərbaycan ali təhsilinin avropa təhsil məkanına inteqrasiyası ilə bağlı tədbirlər planına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən 2008 və 2013-cü illərdə Ali təhsilin dövlət standartlarının və ixtisas üzrə təhsil proqramlarının hazırlanmasına rəhbərlik edib.
2016-cı il may ayından Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edirdi. Ölkəmizdə təsdiq olunmuş Təhsil Strategiyasına uyğun olaraq Lənkəran Dövlət Universitetində islahatların aparılmasına və universitetin maddi texniki bazasının müasir tələblərə cavab verən səviyyəyə qaldırılmasına, şəffaflığın və hesabatlılığın təmin olunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib. LDU-nun xarici ölkə universitetləri ilə əlaqələrinin qurulması ( 50-ə yaxın Türkiyə və avropa universitetləri və mərkəzləri) və möhkəmlənməsi işini, tələbə və müəllimlərin mübadiləsini təşkil edib. 1997-ci ildən Fizika-riyaziyyat elmləri namizədi, 2015-ci ildən Riyaziyyat üzrə elmlər doktoru, professor elmi adlarını alıb.
Bir monoqrafiya, 2 dərs vəsaiti və bir neçə proqramın müəllifidir. 4 nəfər doktorantın elmi rəhbəridir. 2011-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” adına layiq görülüb.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
00:06 / 30 Sentyabr 2026
1
00:02 / 30 Sentyabr 2026
26
23:55 / 29 Sentyabr 2026
896
23:47 / 29 Sentyabr 2026
35
23:43 / 29 Sentyabr 2026
39
23:34 / 29 Sentyabr 2026
38
23:23 / 29 Sentyabr 2026
92
23:12 / 29 Sentyabr 2026
54
23:08 / 29 Sentyabr 2026
52
23:07 / 29 Sentyabr 2026
40
22:50 / 29 Sentyabr 2026
51
22:39 / 29 Sentyabr 2026
55
22:28 / 29 Sentyabr 2026
68
22:28 / 29 Sentyabr 2026
602
22:24 / 29 Sentyabr 2026
111
22:09 / 29 Sentyabr 2026
56
22:09 / 29 Sentyabr 2026
134
21:58 / 29 Sentyabr 2026
203
21:45 / 29 Sentyabr 2026
61
21:36 / 29 Sentyabr 2026
82
21:26 / 29 Sentyabr 2026
64
20:56 / 29 Sentyabr 2026
400
20:53 / 29 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.