Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqazdakı dəyişikliklərə yanaşmasını yeniləmir
29 Sentyabr 2026, 23:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
566
22.04.2026, 14:40
Azərbaycanda maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslər məşğul ola biləcəklər.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Layihədə maliyyə icarəsi verənləri AMB vasitəsilə prudensial tənzimlənməsi və nəzarətlə bağlı çərçivə təklif edilib. Maliyyə icarəsi xidməti göstərən hüquqi şəxslər AMB-nin yaradacağı reyestrə daxil ediləcəklər. Qanun qəbul edildikdən sonra adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri olan təşkilatların qeyri-qanuni bu adlardan istifadəsi istisna ediləcək (tənzimlənəcək). Həmçinin məlumatların ən azı bir kredit bürosuna təqdim edilməsi tələbi təsbit olunub. Bu, maliyyə bazarında informasiya asimmetriyasını aradan qaldırmağa, borc yükünün düzgün müəyyənləşdirilməsinə və kredit əlçatanlığının yaxşılaşdırılmasına xidmət edəcək. İcarəyəverənin mühasibat uçotu aparması və maliyyə hesabatlarını tərtib etməsi "Mühasibat uçotu haqqında" qanunla tənzimlənəcək. İllik maliyyə hesabatları auditor rəyi ilə birlikdə AMB-yə təqdim edilməlidir", - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, maliyyə icarəsi fəaliyyətinə məhdudlaşdırıcı tələblərin gətirilməsi nəzərdə tutulmur: "Qanun layihəsində hüquqi şəxslərin maliyyə icarəsi fəaliyyətindən başqa fəaliyyətlə məşğul ola bilməməsi təsbit olunub. Burada məqsəd minimal nəzarətlə əhatə olunan, müəyyən reyestrdə qeydiyyatı aparılan, müəyyən hesabatlılığı olan, ictimai hesabatları açıqlayan və dayanıqlı təşkilatların maliyyə sektorunda icarə fəaliyyəti göstərməsidir. Maliyyə icarəsi sahəsinin etibarlılığının artırılması, bu sahənin yerli və xarici investorlar üçün cəlbediciliyinin gücləndirilməsi, bu fəaliyyətlə məşğul olan şəxslərin digər maliyyə institutlarının resurslarına çıxış imkanlarının artırılması çox vacibdir".
Bundan başqa, T.Əliyev deyib ki, icarə müddəti ərzində ödəniləcək məbləğ obyektin icarəsinin əvvəlinə olan bazar qiymətinin ən azı 90%-nə bərabər və yaxud ondan artıq olmalıdır: "Layihəyə əsasən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutur: "Bu zaman növbəti meyarlar olduğu halda, maliyyə icarəsi bu hüquqi münasibətlərə uyğun hesab edilir. Bu meyarlar nədən ibarətdir? Müqavilədə nəzərdə tutulmuş icarə müddəti bitdikdən sonra obyektin icarəalanın mülkiyyətinə verilməsi yaxud onun maliyyə icarəsi obyektini müəyyən qiymətə almaq hüququnun təsbit olunmasıdır. İcarə müddəti obyektin istismar müddətinin 75%-dən artıq olmalıdır. İcarə müddəti bitdikdən sonra qalıq dəyəri icarənin əvvəlinə olan bazar qiymətinin 20 %-dən az olmalıdır. Maliyyə icarəsini klassik icarədən fərqləndirən məhz qeyd etdiyimiz bu meyarlar və xüsusiyyətlərdir".
00:16 / 30 Sentyabr 2026
17
00:02 / 30 Sentyabr 2026
36
23:55 / 29 Sentyabr 2026
920
23:47 / 29 Sentyabr 2026
41
23:43 / 29 Sentyabr 2026
46
23:34 / 29 Sentyabr 2026
41
23:23 / 29 Sentyabr 2026
100
23:12 / 29 Sentyabr 2026
57
23:08 / 29 Sentyabr 2026
55
23:07 / 29 Sentyabr 2026
43
22:50 / 29 Sentyabr 2026
54
22:39 / 29 Sentyabr 2026
58
22:28 / 29 Sentyabr 2026
73
22:28 / 29 Sentyabr 2026
623
22:24 / 29 Sentyabr 2026
119
22:09 / 29 Sentyabr 2026
59
22:09 / 29 Sentyabr 2026
141
21:58 / 29 Sentyabr 2026
210
21:45 / 29 Sentyabr 2026
62
21:36 / 29 Sentyabr 2026
84
21:26 / 29 Sentyabr 2026
65
20:56 / 29 Sentyabr 2026
405
20:53 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.