Azərbaycanda məşhur generalın qızı saxlanıldı
12 Noyabr 2026, 09:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
492
17.04.2026, 21:31
"Məqsədimiz enerji resurslarımızı Avropa bazarına daha geniş şəkildə çatdırmaqdır".
Bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Azərbaycanın enerji siyasətinə gəldikdə, biz Avropa İttifaqı və digər tərəfdaşlar üçün etibarlı tərəfdaş kimi çıxış etmişik. Eyni zamanda biz Azərbaycanın enerji ixracının coğrafiyasını genişləndiririk. Bu yaxınlarda Türkiyə ilə birlikdə Azərbaycan qazının Suriyaya çatdırılmasına başlamışıq. Bu, Azərbaycan–Türkiyə–Suriya arasında üçtərəfli əməkdaşlığın uğurlu modeli kimi qiymətləndirilir. Azərbaycan qlobal enerji təchizatına, xüsusilə də Avropa istiqamətində töhfə verməyə davam edəcək. Eyni zamanda müşahidə edirik ki, qlobal enerji təhlükəsizliyi müəyyən sarsıntılar yaşayır. Buna görə də Azərbaycan karbohidrogen ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialına da investisiya yatırır və bu sahədə ixrac imkanlarını genişləndirməyi hədəfləyir. Məqsədimiz enerji resurslarımızı Avropa bazarına daha geniş şəkildə çatdırmaqdır. Bu istiqamətdə biz Mərkəzi Asiya tərəfdaşlarımızla da əməkdaşlıq edərək onların resurslarının daşınmasına çalışırıq”, - Hikmət Hacıyev qeyd edib.
10:05 / 12 Noyabr 2026
92
09:51 / 12 Noyabr 2026
51
09:48 / 12 Noyabr 2026
50
09:42 / 12 Noyabr 2026
73
09:36 / 12 Noyabr 2026
61
09:22 / 12 Noyabr 2026
476
08:13 / 12 Noyabr 2026
195
08:05 / 12 Noyabr 2026
44
07:20 / 12 Noyabr 2026
126
03:10 / 12 Noyabr 2026
150
01:25 / 12 Noyabr 2026
259
00:55 / 12 Noyabr 2026
239
00:43 / 12 Noyabr 2026
153
00:35 / 12 Noyabr 2026
446
00:33 / 12 Noyabr 2026
141
00:27 / 12 Noyabr 2026
161
00:24 / 12 Noyabr 2026
192
00:19 / 12 Noyabr 2026
187
00:17 / 12 Noyabr 2026
330
00:11 / 12 Noyabr 2026
177
23:54 / 11 Noyabr 2026
160
23:52 / 11 Noyabr 2026
160
23:50 / 11 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.