Əliyevin Ərdoğanla səmimi təmasları mühüm siyasi və diplomatik məna daşıyır -DEPUTAT
13 Noyabr 2026, 10:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
713
11.03.2026, 22:25
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub.
Oxu24.com xəbər verir ki, söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olundu. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunuldu və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulandı.
Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu, 10 Avropa ölkəsinə qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi.
Görüşdə, həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı bildirildi. Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına toxunuldu.
Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparıldı.
Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər xüsusi qeyd edildi, Avropa İttifaqının da sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirildi.
Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektvilərinə dair fikir mübadiləsi aparıldı.
Görüşün sonunda Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı qəbul edildi.
12:32 / 13 Noyabr 2026
26
12:20 / 13 Noyabr 2026
43
12:17 / 13 Noyabr 2026
44
12:08 / 13 Noyabr 2026
239
11:55 / 13 Noyabr 2026
68
11:45 / 13 Noyabr 2026
123
11:40 / 13 Noyabr 2026
75
11:21 / 13 Noyabr 2026
239
11:15 / 13 Noyabr 2026
86
11:12 / 13 Noyabr 2026
141
11:00 / 13 Noyabr 2026
90
10:50 / 13 Noyabr 2026
85
10:45 / 13 Noyabr 2026
121
10:39 / 13 Noyabr 2026
100
10:25 / 13 Noyabr 2026
104
10:22 / 13 Noyabr 2026
183
10:20 / 13 Noyabr 2026
91
10:08 / 13 Noyabr 2026
401
10:02 / 13 Noyabr 2026
93
09:51 / 13 Noyabr 2026
183
09:46 / 13 Noyabr 2026
1249
09:44 / 13 Noyabr 2026
155
09:38 / 13 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.