Deputat aqrar sahədə gəlirlərə dair vergi güzəştinin müddətinin uzadılmasını təklif edib
13 Noyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
870
08.03.2026, 22:34
Prezident Vladimir Putin Rusiya Silahlı Qüvvələri tərkibində Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edən şəxslərin xarici ölkələrə ekstradisiyasından imtina edən qanunu imzalayıb.
Oxu24.com xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.
Yeni qaydalara əsasən, hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibində və digər hərbi birləşmələrdə müqavilə əsasında xidmət edən və ya xidməti başa vuran, eləcə də döyüş əməliyyatlarında iştirak edən xarici vətəndaşları və vətəndaşlığı olmayan şəxslər ekstradisiya edilməyəcək.
Yeni qaydalar xarici dövlətlərin bu cür şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ya hökmün icrası üçün ekstradisiyası ilə bağlı sorğuları imtina üçün əsas olacaq.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin hərbi birləşmələrində Ukraynaya qarşı müharibədə iştirak edən əcnəbilər sırasında Azərbaycan Respublikasının vətəndaşları da var.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir neçə ay öncə bununla bağlı məlumat yaymış və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olnacağı barədə xəbərdarlıq etmişdi.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Vətəndaşlarımızın diqqətinə çatdırılır ki, hər hansı bir ideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir”, - deyə rəsmi açıqlamada bildirilmişdi.
Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.Modern.az
14:17 / 13 Noyabr 2026
1
14:12 / 13 Noyabr 2026
28
14:05 / 13 Noyabr 2026
46
14:00 / 13 Noyabr 2026
52
13:43 / 13 Noyabr 2026
86
13:41 / 13 Noyabr 2026
62
13:20 / 13 Noyabr 2026
66
13:05 / 13 Noyabr 2026
88
12:57 / 13 Noyabr 2026
79
12:45 / 13 Noyabr 2026
105
12:32 / 13 Noyabr 2026
135
12:20 / 13 Noyabr 2026
91
12:17 / 13 Noyabr 2026
92
12:08 / 13 Noyabr 2026
616
11:55 / 13 Noyabr 2026
106
11:45 / 13 Noyabr 2026
170
11:40 / 13 Noyabr 2026
102
11:21 / 13 Noyabr 2026
333
11:15 / 13 Noyabr 2026
106
11:12 / 13 Noyabr 2026
208
11:00 / 13 Noyabr 2026
127
10:50 / 13 Noyabr 2026
114
10:45 / 13 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.