Prezident İlham Əliyev Çin liderini təbrik edib
01 Oktyabr 2026, 11:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1373
05.03.2026, 15:00
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasının hədəfə almaq cəhdini ən şiddətli şəkildə qınayır”, - bəyanatda qeyd olunub.
XİN vurğulayıb ki, iki ölkəyə qarşı bu hərəkətlərə heç bir halda bəraət qazandırıla bilməz: “Bu, beynəlxalq qanun və normalara, eləcə də mehriban qonşuluq prinsiplərinə açıq şəkildə zidd olan düşmən yanaşmaya dəlalət edir və regionda vəziyyəti daha da gərginləşdirir.
Krallıq Türkiyə və Azərbaycan hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir”.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
***
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Qətər dövləti qardaş Türkiyə Respublikasının ballistik raketlə və Azərbaycan Respublikasında bir hava limanının İran dronları ilə hədəfə alınmasını kəskin şəkildə pisləyir.
Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir və İranın məsuliyyətsiz hücumları ilə dövlətlərin suverenliyinin pozulmasıdır. Bu, həm də regionda sülh və stabilliyə birbaşa təhdiddir”, - bəyanatda bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
***
Özbəkistan İranın Naxçıvana zərbələrini qəbuledilməz hesab edir.
Bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığını şərh edərkən bəyan edib.
O qeyd edib ki, söhbət zamanı bu gün Naxçıvana edilən hücumlarla bağlı ciddi narahatlığını bildirib.
"Beynəlxalq hüquq prinsiplərinə zidd olan və başqa dövlətin suverenliyini, ərazi bütövlüyünü pozan bu cür hərəkətlərin yolverilməz olduğunu vurğuladıq", - o, sosial şəbəkədə yazıb.
***
Ukraynanın Bakıdakı səfirliyi İran dronlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumat və xəbərləri diqqətlə izləyir, ölkəyə dəstəyini və həmrəyliyini ifadə edir, qlobal təhlükəsizliyi sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün hamını birləşməyə çağırır.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.
Səfir qeyd edib ki, "İran dronları çoxdan terror alətinə çevrilib".
16:29 / 01 Oktyabr 2026
1
16:25 / 01 Oktyabr 2026
39
15:59 / 01 Oktyabr 2026
62
15:46 / 01 Oktyabr 2026
59
15:36 / 01 Oktyabr 2026
66
15:30 / 01 Oktyabr 2026
74
15:27 / 01 Oktyabr 2026
80
14:55 / 01 Oktyabr 2026
57
14:53 / 01 Oktyabr 2026
79
14:41 / 01 Oktyabr 2026
72
14:30 / 01 Oktyabr 2026
60
14:28 / 01 Oktyabr 2026
99
14:24 / 01 Oktyabr 2026
69
14:07 / 01 Oktyabr 2026
139
14:05 / 01 Oktyabr 2026
72
13:57 / 01 Oktyabr 2026
81
13:39 / 01 Oktyabr 2026
74
12:48 / 01 Oktyabr 2026
81
12:46 / 01 Oktyabr 2026
69
12:14 / 01 Oktyabr 2026
105
11:44 / 01 Oktyabr 2026
70
11:34 / 01 Oktyabr 2026
96
11:22 / 01 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.