Prezident müraciət ünvanladı
05 Dekabr 2025, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
33628
08.11.2025, 10:30
Bəli,bu tarix Azərbaycan xalqı olaraq hər birimizin qəlbində öz yeri olan bir gündür.
Günün həm sevincli,həm kədərli,həm nisgilli həm də qürurlu bu xatirəsi var hər birimiz üçün...
Bu tarixi,bu hissləri bizə yaşadan,bəxş edən görünən və görünməyən qəhrəmanlardan danışacam.
Təbii olaraq hər kəs kimi mən də ilk olaraq əsgərimizi,yaşamaq hüquqdan keçən o əsgərlərimizi anıram.Özü də qürurla...Dünyada ən şirin nemət olan candan Azərbaycan üçün keçməyin başqa izahı varmı? Bu, addımın nə boyda qəhrəmanlıq,hünər,igidlik olduğunun isbata ehtiyacı varmı?Əlbəttə, yox...Məhz, 5 il öncə Azərbaycan əsgəri,Azərbaycan oğulları bu addımı atdılar...
Qələbəni bizə yaşadan,Qarabağın torpağına ayaq basmağı bizə bəxş edən və ən əsası Şuşanı bizə qaytaran o oğullar...Sıralarında adlarını böyük hərflə yazdığım o böyüklər-ŞƏHİDLƏR bizim üçün ən uca zirvədə dayanır bu gün üçün...Axı,Şuşa bizə bir miras idi.Tarixin,babaların,ədəbiyyatın,Pənahəli xanım,Natəvanın... qoxusu var idi o torpaqlarda...Bu xoşbəxtliyi bizə bəxş edən o şəhidlər oldu axı...Ruhları şad,xatirələri hər zaman uca olan şəhidlər...Sizi bu gün və tarix boyu böyük qürurla anırıq və anacağıq...
Qazilər də var axı...Onları əbəs yerə yaşayan şəhid adlandırmırıq ki?...Qazilər bizim şəhidlərin yadigarı,hadisələrin canlı şahidlərdiridlər...Sizlər də bizim üçün bir ömür boyu borclu olduğumuz müharibə qəhrəmanlarısınız...
Bəs,Ali Baş Komandan?Bizim üçün ən böyük zirvə...Böyük bir ad,böyük kişinin böyük oğlu,ata vəsiyyətini yerinə yetirən,ərazicə kiçik,iradəcə böyük Azərbaycanın lideri...
Bir ordunun hərəkətə keçməsində,irəliləməsində,ruhlanmasında sərkərdənin nə boyda rola,əhəmiyyətə malik olduğunu izah etməyə ehtiyac duymuram...İlham Əliyev...Bu tarixə qədər bu şəxsiyyətin adı bizim üçün Azərbaycan Respublikasının Prezidenti olaraq tanış idi bəlkə də...2020-ci il 44 gün...Bu tarixdə bizim Prezident,bizim üçün yenidən kəşf edildi sanki...Onun müharibə dönəmində səngərdə döyüşən əsgəri ilə eyni zamanda siyasi meydanda necə döyüşdüyünü görmədinizmi?...İndiki dönəmdə siyasətin nə qədər böyük rola,az qala atom silahı qədər gücə malik olduğunu hər kəs bilir...Ali Baş Komandan İlham Əliyevin BBC və bu kimi nəhəng telekanallarının hazırlıqlı gəlmiş müxbirlərinin qarşısında necə səlis,dolğun cavablar verdiyini,mərdi-mərdanə dayandığını,Xalqının haqlı mövqeyini haqsız dünyaya necə çatdırdığını canlı görmədikmi?...Özü də yad dildə,doğma tərzdə...Mem olan Prezident ifadələri,qələbə xəbəri tvitləri bir başqa xatirədir bizlər üçün...Bundan böyük qəhrəmanlıq nə ola bilərdi?...
Bir də Mehriban xanım...Həmin o nəzakətli,mərhəmətli və hər kəsin ümid yeri olan XANIM... Hər bir güclü kişinin arxasında dayanan iradəli bir xanım misalı...Mehriban xanımın şəhid anaları ilə daimi təması,mənəvi dəstəyi hər şey deyildirmi?...
Qəhrəmanlar bitmirlər...Burada iki HİKMƏT də var...Biri səngərlərin,digəri isə siyasət meydanının Hikməti..Söhbətin kimlərədən getdiyini yəqin ki,hamınız bildiniz...
Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev...Bu ad hərbidə olan və olmayan hər kəsə yaxşı bəllidir.Onun iradəsi,əzmi,peşəkarlığı və sözünü deyə bilməsi...Əsl müharibə adamı olan Hikmət Mirzəyev...
Həmçinin oxuyun
Bizim bir Hikmətimiz də var axı... Prezidentin köməkçisi,silahdaşı və etibarlı bir adam...Bu şəxsin siyasi meydanda,xarici ölkələrlə informasiya savaşında nə boyda rol oynadığını görmədikmi?Əlbəttə,gördük və unutmadıq...Əbəs yerə deyilmirdi ki,burada bir Hikmət var...
Siyasət meydanı demişkən Prezidentin komandası olaraq XİN rəhbəri Ceyhun Bayramovu,müdafiə naziri cənab Zakir Həsənovu,daxili işlər naziri cənab Vilayət Eyvazovu,DTX rəisi cənab Əli Nağıyevi,Baş prokuror cənab Kamran Əliyevi öz əməkdaşları ilə necə çalışdıqlarını necə xatırlamayım?... Bu siyahı uzundur...çünki, onlar hərəsi öz cəbhəsində,öz əməkdaşları ilə gec-gündüz vuruşdular...
Azərbaycan əsgərinin cəbhədə şəhid olan cənazəsini çiynində məzara daşıyan,ölkənin daxili sabitliyi üçün günün 24 saatını yatmadan,dincəlmədən xidmət aparan,Şuşanın alınması xəbərinə sevinən insanlara qoşulub qol qaldıran,bir anlıq o ciddi,sərhədli polis imicini unudan,şəhid anasına sarılıb göz yaşları tökən POLİSLƏRİMİZİ necə xatırlamayaq ki?Axı bütün bunlar bizim gözümüzün önündə baş verdi...Bir də Şəhid polislərimiz də var axı...Onların silahdaşlarının bir qismi daxildə sabitliyi qoruyan zaman,digər silahdaşları odun,alovun içərisində Qarabağda vuruşurdu...
Bir də bizim DTXmız...Ölkənin,xalqın güvənc yeri..Cənab general-polkovnik Əli Nağıyevin rəhbər olduğu bir qurum...DTX-nın müharibə günlərindən əvvəl və sonra nə boyda iş gördüyünün fərqindəyikmi?Açıla və açıla bilməyən informasiyalar var...Ancaq,DTX haqqında açıqlaya biləcəyim bir fakt varsa,o da onların səngərdəki əsgər qədər həm səngərdə,həm siyasətdə,həm də xaricdə döyüşdüyünü deyə bilərəm...
Siyahı genişdir...Əsgərin yarasına məlhəm qoyan həkimlərimizi,tibb bacılarımızı,tibb qardaşlarımızı necə unudaq axı?...Şəhidləri ilk canlı görənlər də onlar olub axı...Məndə bu haqda xatirələr çoxdur...Sadəcə yazmaqla cümlə yetməz...
Sənət adamları,sıravi vətəndaşlar,dua edən körpələr,orduya dəstək verən iş adamları,keçmiş döyüşçülər və MEDİAMIZ... Bəli,jurnalistlərimiz də sona qədər əsgərlərlə birgə döyüşdülər...Şəhid də oldular...Həm də şahid...
Siyahım sonsuzdur...Bu siyahıda yazını oxuyan hər kəs özünü burada görə bilər...Çünki,biz XALQ olaraq bu döyüşə girdik və qalib çıxdıq...Bir də bizim qardaşlarımız TÜRKİYƏ VƏ PAKİSTAN...
Ruhunuz şad olsun,ƏZİZ ŞƏHİDLƏR! Biz bu gün,Şuşa günündə,Zəfər Günündə Sizləri yad edir,qarşısınızda baş əyirik.
İmza: Oxu24.com saytının baş redaktoru Miri Məcidli
11:42 / 05 Dekabr 2025
1
11:36 / 05 Dekabr 2025
10
11:33 / 05 Dekabr 2025
27
11:17 / 05 Dekabr 2025
289
11:14 / 05 Dekabr 2025
31
11:00 / 05 Dekabr 2025
101
10:52 / 05 Dekabr 2025
30
10:46 / 05 Dekabr 2025
44
10:44 / 05 Dekabr 2025
33
10:34 / 05 Dekabr 2025
186
10:30 / 05 Dekabr 2025
229
10:18 / 05 Dekabr 2025
40
10:15 / 05 Dekabr 2025
36
10:13 / 05 Dekabr 2025
68
10:10 / 05 Dekabr 2025
43
09:35 / 05 Dekabr 2025
809
00:28 / 05 Dekabr 2025
94
00:24 / 05 Dekabr 2025
106
00:20 / 05 Dekabr 2025
78
00:17 / 05 Dekabr 2025
98
00:11 / 05 Dekabr 2025
72
23:54 / 04 Dekabr 2025
527
23:46 / 04 Dekabr 2025
2283
23:22 / 04 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.