Külək güclənib
15 Noyabr 2026, 18:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
37
15.11.2026, 19:17
Bu gün şəhid Samir Hüseynovun doğum günüdür.Yaşasaydı,32 yaşını qeyd edəcəkdi.
Oxu24.com bildirir ki,Samir Əlizadə oğlu Hüseynov 15 noyabr 1994-cü ildə Lerik rayonunun Vov kəndində, kasıb bir ailədə anadan olmuşdur.
5 nəfərdən ibarət bir ailə olmuşlar. 3 qardaş olaraq böyüyüblər. Digər iki qardaşı, Əlirza və Əlizahir əkiz qardaşlardır.
Uşaqlıq illəri doğulduğu Vov kəndində keçmişdir. Orta təhsilini 2001-ci ildə şəhid Rakif Babayev adına Vov kənd 9 illik natamam orta məktəbində almışdır. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi. Samir də xəstə anasının qulluğunda durmuş, onunla məşğul olmuş və əziyyətini çəkmişdir. Samir hələ orta məktəbdə oxuyanda anası 2011-ci ildə ağır sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.
Samir dinə çox bağlı olduğundan fərdi şəkildə dini təhsil alaraq Qurani-Kərim kitabını mükəmməl öyrənmişdir. Bununla yanaşı həm də idmanla da məşğul olurdu. 2013-cü ilin yanvar ayında Samir Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırlır və Gəncə şəhəri "N" saylı hərbi hissəyə yola salınır. Oradan da Qazax rayonu Qala postuna göndərilir. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra evinə qayıdır. Ailəsinə kömək etmək məqsədi ilə ölkə daxilində bir sıra işlərlə məşğul olmuş və sonra Rusiyaya işləməyə getmişdir. Bir müddətdən sonra vətənə qayıdır. 2016-cı ildə könüllü olaraq hərbi xidmətə getmiş və MAXE kimi Xüsusi Təyinatlı Kəşfiyyatçı olaraq işləməyə başlamışdır.
Xidmətinə görə dəfələrlə fəxri fərman, tərifnamə və təşəkkürnamələrlə təltif olunmuşdur. Samir Əlizadə 2020-ci il 27 sentyabrda başlayan Vətən mühribəsində də fəal iştirak etmiş, Zəngilan, Füzuli, Qubadlı, Xocavənd, Cəbrayıl və Şuşa istiqamətlərində gedən şiddətli döyüşlərdə yüksək igidlik və rəşadətlə döyüşmüşdür.
Döyüş yoldaşlarının dediklərinə görə Samir çox cəsarətli, gözünü qırpmadan irəliyə doğru gedən bir döyüşçü olmuşdur. Getdiyi bütün yerlərdə "Talış balası" yazdığından dostları tərəfindəndən Talış balası olaraq çağırılırdı. Eyni zamanda "Qəssab" ləqəbiylə də tanınmışdı. 8 noyabr 2020-ci ildə Şuşada atəşkəsə 13-14 saat qalmış düşmənə sarsıdıcı zərbələr endirərək xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn qəhrəman Hüseynov Samir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi doğulduğu Vov kəndinə gətirilərək orada torpağa tapşırılır. Allah rəhmət eləsin! Vətən sağ olsun!
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
19:37 / 15 Noyabr 2026
1
19:09 / 15 Noyabr 2026
59
18:40 / 15 Noyabr 2026
73
18:05 / 15 Noyabr 2026
115
17:53 / 15 Noyabr 2026
1203
17:43 / 15 Noyabr 2026
612
17:16 / 15 Noyabr 2026
516
17:12 / 15 Noyabr 2026
2492
17:09 / 15 Noyabr 2026
100
15:50 / 15 Noyabr 2026
116
15:25 / 15 Noyabr 2026
150
15:15 / 15 Noyabr 2026
137
14:47 / 15 Noyabr 2026
194
14:34 / 15 Noyabr 2026
380
14:25 / 15 Noyabr 2026
154
14:19 / 15 Noyabr 2026
131
14:02 / 15 Noyabr 2026
524
13:27 / 15 Noyabr 2026
395
12:55 / 15 Noyabr 2026
1796
12:36 / 15 Noyabr 2026
443
12:28 / 15 Noyabr 2026
178
12:11 / 15 Noyabr 2026
155
11:52 / 15 Noyabr 2026
231
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.