Qaynar xətt:

(+99450) 247 90 86

Elman Əhmədzadə HƏBS EDİLDİ

Elman Əhmədzadə HƏBS EDİLDİ

KRİMİNAL

216

15.11.2026, 21:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tiktok platformasında “Elman57” adı ilə tanınan Elman Əhmədzadə Almaniyadan deportasiya edilərək Azərbaycana qayıdarkən hava limanında saxlanılıb.

Oxu24.com Nocomment.az-a istinadla xəbər verir ki, Almaniyada yaşadığı müddətdə siyasi sığınacaq alan və sosial şəbəkə hesablarında sərt çıxışları ilə diqqət çəkən E.Əhmədzadə Azərbaycandakı müxtəlif şəxsləri hədə-qorxu və şantaj yolu ilə pul verməyə məcbur etməkdə ittiham olunur.

İstintaq materiallarına görə, o, bəzi şəxslərdən birbaşa pul tələb edib, digərlərindən isə Tiktokda canlı yayımlar zamanı “Universal” və “Şir” kimi bahalı virtual hədiyyələr göndərmələrini istəyib.

Məlum olub ki, saxlanılan şəxs “Əhdi Parfum” kimi tanınan Əhdiman Osmanovun intim görüntülərini yaymamaq müqabilində ondan 12 min dollar tələb edən dəstənin əsas üzvlərindən biridir. Əhdi ilə danışan və pulu tələb edən şəxsin məhz Elman Əhmədzadə olduğu müəyyənləşdirilib.

Avropada toxunulmaz olduğuna arxayınlaşaraq bu cür əməllərə əl atan bloger Azərbaycan hökumətinin təqdim etdiyi sorğu əsasında ölkəyə deportasiya edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hava limanında saxlanılaraq istintaqa cəlb olunan E.Əhmədzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.