Yataqxanada həyatını itirən tələbənin FOTOSU
15 Noyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
40
15.11.2026, 17:09
Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış "YouTube" kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir.
Oxu24.com xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Qeyd edilib ki, sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir:
"Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması üzrə ixtisaslaşmışdır. Məsələ ilə bağlı müvafiq platformaya rəsmi müraciət ünvanlanıb və əminik ki, şirkət müraciəti operativ araşdıraraq sözügedən dezinformasiyanın öz platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addım atacaqdır. Azərbaycan Respublikası Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi məlumatları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları tirajlamaqdan çəkinməyə çağırır".
17:16 / 15 Noyabr 2026
1
17:12 / 15 Noyabr 2026
66
15:50 / 15 Noyabr 2026
67
15:25 / 15 Noyabr 2026
77
15:15 / 15 Noyabr 2026
88
14:47 / 15 Noyabr 2026
148
14:34 / 15 Noyabr 2026
288
14:25 / 15 Noyabr 2026
131
14:19 / 15 Noyabr 2026
105
14:02 / 15 Noyabr 2026
421
13:27 / 15 Noyabr 2026
319
12:55 / 15 Noyabr 2026
1576
12:36 / 15 Noyabr 2026
368
12:28 / 15 Noyabr 2026
162
12:11 / 15 Noyabr 2026
142
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
142
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
141
11:07 / 15 Noyabr 2026
889
10:50 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.