Qaynar xətt:

(+99450) 247 90 86

Ucardan başlayan,Qarabağdan keçən 54 illik Milli Qəhrəman ÖMÜRÜ

Ucardan başlayan,Qarabağdan keçən 54 illik Milli Qəhrəman ÖMÜRÜ

CƏMİYYƏT

104

15.11.2026, 20:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi,Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş cəsur döyüşçü Ehtiram Əliyev bu gün xəstəlik səbəbindən dünyasını dəyişib.

Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. 2000-ci ildə “Təfəkkür” universitetinə qəbul olunub. Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.

Onu Naxçıvana göndərirlər. Hərbi təlimlər keçən Ehtiram Sədərəkdə və Batabat yaylağında əsl qəhrəmanlıq səhifələri yazır. Daha sonra onu 1993-cü ildə Ağdam cəbhəsinə göndərirlər. 1994-cü il 5 yanvar döyüşçülərimiz hücum edərək erməniləri 45 km geri oturda bildilər bu döyüşdə Ehtiram yaralanmasına baxmayaraq silahı yerə qoymur müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə onu Tərtər cəbhəsinə göndərdilər. Bu döyüşlər zamanı onlarla erməni qulduru məhv edildi.

Ailəlidir. Bir qızı, iki oğlu var.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Milli Qəhrəman sabah İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlər süni tənəffüs aparatına qoşulmuşdu.

Ruhu şad olsun.

Hazırladı: Jalə