İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır
20 Oktyabr 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
994
09.07.2025, 10:00
Ukrayna öz milli məhdudlaşdırıcı tədbirlərini Avropa Birliyinin Rusiyaya qarşı qəbul etdiyi 15-ci, 16-cı və 17-ci sanksiya paketləri ilə uyğunlaşdırıb.
Oxu24.com Axar.aza istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.
Prezidentin sanksiya siyasəti üzrə müşaviri və səlahiyyətli nümayəndəsi Vladislav Vlasükün jurnalistlərə verdiyi açıqlamaya görə, 15-ci sanksiya paketi Rusiya, Belarus, Çin və digər ölkələrdən olan şəxsləri əhatə edir. Bu siyahıya "Oxmatdet" xəstəxanasına zərbə endirməkdə iştirak etmiş rusiyalı pilot Aleksandr Azarenkov və döyüş robotları istehsal edən “Gumiç” MMC daxildir.
Eyni zamanda, 16-cı sanksiya paketi Rusiyadan, Çindən, Türkiyədən və digər ölkələrdən olan şəxsləri əhatə edir. Siyahıya işğal olunmuş ərazilərdə hərbi-vətənpərvərlik tərbiyəsi ilə məşğul olan “VOİN” mərkəzi və Rusiya neftini “kölgə donanması” vasitəsilə daşıyan “Cənub Donanması” MMC daxildir.
Avropa Birliyinin 17-ci sanksiya paketi isə təcavüzkar ölkəyə qarşı yönəlib və Rusiya, Çin, Türkiyə və digər ölkələrdən olan şirkətləri əhatə edir. Bu sanksiyalara qızıl hasilatı ilə məşğul olan “Petropavlovsk” şirkəti və Rusiyaya dron istehsalında iştirak edən Çin şirkəti “Skywalker Technology Co. Ltd” daxil edilib.
23:59 / 20 Oktyabr 2026
75
23:35 / 20 Oktyabr 2026
95
23:23 / 20 Oktyabr 2026
83
23:16 / 20 Oktyabr 2026
75
22:54 / 20 Oktyabr 2026
109
22:44 / 20 Oktyabr 2026
94
22:33 / 20 Oktyabr 2026
128
22:22 / 20 Oktyabr 2026
87
22:22 / 20 Oktyabr 2026
96
21:51 / 20 Oktyabr 2026
204
21:47 / 20 Oktyabr 2026
179
21:42 / 20 Oktyabr 2026
107
21:39 / 20 Oktyabr 2026
416
21:33 / 20 Oktyabr 2026
1152
21:28 / 20 Oktyabr 2026
97
21:22 / 20 Oktyabr 2026
478
21:17 / 20 Oktyabr 2026
97
21:15 / 20 Oktyabr 2026
96
21:06 / 20 Oktyabr 2026
93
21:03 / 20 Oktyabr 2026
85
21:00 / 20 Oktyabr 2026
79
20:55 / 20 Oktyabr 2026
76
20:50 / 20 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.