Azərbaycanın ən gənc general-leytenantı oldu
17 Avqust 2026, 14:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
702
08.07.2025, 16:28
"Axios" nəşri öz mənbələrinə istinadən olduqca diqqətçəkən məlumat yayıb. Nəşrin yazdığına görə, İsrail rəsmiləri Tehranın nüvə proqramını bərpa edəcəyi təqdirdə İrana növbəti hücumun mümkünlüyünü müzakirə edirlər
Məlumata görə, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın belə bir ssenarini bəyənəcəyinə inanırlar.
"İsrail-İran müharibəsi yarımçıq qalıb"
Oxu24.com xəbər verir ki Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli bildirib ki, İsrail-iran müharibəsi yarımçıq qalıb:
“Hər iki ölkənin ritorikasından da bu anlaşılır. İran tərəfi dedi ki, bizim atom təsisatlarına çox böyük ziyan dəymədi. Amma İsrail İrandakı bütün nüvə obyektlərini dağıtdığını bəyan etdi. Burada ziddiyyət var. Əvvəla İran rəhbərliyinin bəyanatı yeni bir hücum üçün əsas verir. Yəni bir haldakı nüvə obyektləri tam dağıdılmayıbsa, deməli, yenidən bu işi görmək lazımdır. İran tərəfinin bəyanatı, təbii ki, daxili auditoriyanı sakitləşdirməyə hesablanmışdı, amma bundan İsrail və ABŞ istifadə edəcək. Orada ağır, tonlarla çəkisi olan bombanın verdiyi effekti biz gördük. Sanki atom bombası effekti idi. Baxın, ABŞ-dəki bəzi adamlar niyə "tamamən nüvə obyektlərini məhv edə bilmədik" deyirlər, çünki ayaq yeri qoyurlar. Çox önəmli məsələlərdən biri də MAQATE-nin İrandakı müşahidə missiyasın dayandırılması ilə bağlıdır. Bunun özü belə beynəlxalq hüquqa ziddir. Yəni İran dinc məqsədlər üçün atom enerjisi araşdırmaları aparırsa, MAQATE ilə əməkdaşlıq etmək məcburiyyətindədir".
"İranın hərbi gücü deyildiyi qədər deyil"
N.Nəsibli vurğulayıb ki, nə İsrail, nə də ABŞ asanlıqla İrandan əl çəkəcək:
"12 günlük savaşı izləyənlər bilirlər ki, ilk iki gün İran şok vəziyyətində idi. Yüksək rütbəli hərbçilərin və atom araşdırmaçılarını İran tərəfi itirdi. Amma bir az ondan sonra İran özünə gələ bildi. Burada xarici dəstək də oldu. Amma necə olursa-olsun, İran bu müharibədə uduzan tərəfdir. Kim qalib gəldi, kim qazandı - başqa məsələdir, amma İranın hərbi qüvvələri deyildiyi kimi güclü deyil. Xüsusilə də hava hücumlarından müdafiə qüvvələri çox zəifdir. Bu gün də İsrail İranın hava sahəsinə nəzarət edir, istədiyi vaxt ora daxil olur. Şübhəsiz ki, bu, İrana da dərs oldu. İran rəhbərliyi arada vaxt qazanmaq istəyir, buna görə də atəşkəsə razı oldu. Hətta müttəfiqlərini - Rusiyanı, Çini bu işə qoşmaq istəyir. Məncə bu olay beynəlxalq siyasətin ən önəmli məsələsindən birinə çevrildi. Nə İsrail, nə də ABŞ asanlıqla İrandan əl çəkəcək".
16:19 / 17 Avqust 2026
2
16:15 / 17 Avqust 2026
16
16:10 / 17 Avqust 2026
25
15:58 / 17 Avqust 2026
42
15:50 / 17 Avqust 2026
38
15:32 / 17 Avqust 2026
42
15:30 / 17 Avqust 2026
51
15:18 / 17 Avqust 2026
43
15:09 / 17 Avqust 2026
52
15:05 / 17 Avqust 2026
54
14:59 / 17 Avqust 2026
77
14:47 / 17 Avqust 2026
251
14:45 / 17 Avqust 2026
73
14:44 / 17 Avqust 2026
79
14:36 / 17 Avqust 2026
77
14:33 / 17 Avqust 2026
80
14:30 / 17 Avqust 2026
75
14:15 / 17 Avqust 2026
70
13:59 / 17 Avqust 2026
96
13:56 / 17 Avqust 2026
63
13:53 / 17 Avqust 2026
76
13:52 / 17 Avqust 2026
86
13:50 / 17 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.