İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır
20 Oktyabr 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
546
06.07.2025, 21:25
3–4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.
İƏT-in 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul edilib.
Xankəndi Kommunikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib.
Kommünikedə bununla yanaşı, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.
Zirvə görüşünün mövzusuna uyğun olaraq, İƏT-in gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib.
İƏT regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə "SıfırTullantı" təşəbbüsü yüksək qiymətləndirilib.
Kommünikedə İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və İƏT Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib.
Sənəddə “İƏT Sərmayə”, Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, İƏT Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib.
Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.
Xankəndi Kommünikesi ilə aşağıdakı internet keçiddə tanış olmaq mümkündür:
https://eco.int/wp-content/uploads/2025/07/5-065-25-1.pdf
23:59 / 20 Oktyabr 2026
109
23:35 / 20 Oktyabr 2026
160
23:23 / 20 Oktyabr 2026
103
23:16 / 20 Oktyabr 2026
98
22:54 / 20 Oktyabr 2026
135
22:44 / 20 Oktyabr 2026
128
22:33 / 20 Oktyabr 2026
141
22:22 / 20 Oktyabr 2026
95
22:22 / 20 Oktyabr 2026
121
21:51 / 20 Oktyabr 2026
264
21:47 / 20 Oktyabr 2026
236
21:42 / 20 Oktyabr 2026
130
21:39 / 20 Oktyabr 2026
581
21:33 / 20 Oktyabr 2026
3254
21:28 / 20 Oktyabr 2026
111
21:22 / 20 Oktyabr 2026
608
21:17 / 20 Oktyabr 2026
107
21:15 / 20 Oktyabr 2026
104
21:06 / 20 Oktyabr 2026
101
21:03 / 20 Oktyabr 2026
89
21:00 / 20 Oktyabr 2026
83
20:55 / 20 Oktyabr 2026
81
20:50 / 20 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.