Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib
17 Avqust 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2275
04.07.2025, 11:50
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Azərbaycanla Rusiya arasında diplomatik və siyasi gərginliyə çevrilən son prosesləri Globalinfo.az-a şərh edib.
M.Brayza bildirib ki, 2024-cü ilin sonunda Azərbaycan və Rusiya arasında münasibətlər çox möhkəm idi, prezident Əliyev və prezident Putin noyabrda keçirdikləri görüşdən sonra çox yaxın ikitərəfli münasibətlər qurulduğunu bəyan etdilər:
“Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi faciəvi şəkildə Qroznı səmasında Rusiyanın zenit raketi ilə vuruldu və xatırlayırsızsa, Rusiya enişə icazə vermədiyi üçün Xəzər dənizinin üzərindən uçmağa davam etdi. Nəticədə Aktauda onlarla insanın həlak olması ilə nəticələnən qəzaya uğradı. Amma Allaha şükürlər olsun ki, sağ qalanlar var.
Düşünürəm ki, prezident Putinin hələ də rəsmi şəkildə üzr istəməməsi və ya Rusiyada baş verən bu faciəyə görə məsuliyyəti öz üzərinə götürməməsi, bununla təyyarənin təsadüfən vurulmuş kimi göstərməsi prezident İlham Əliyevi qəzəbləndirib.
Beləliklə ötən ilin sonu və 2025-ci ilin əvvəlində Azərbaycan–Rusiya münasibətləri pisləşməyə başladı, sonrakı aylarda gərginlik artan istiqamətdə getdi”.
M.Brayza qeyd edib ki, ötən ayın sonu Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlılara vəhşicəsinə hücum, işgəncə nəticəsində iki azərbaycanlının həlak olması prezident Əliyevi daha da hiddətləndirib:
“Azərbaycan Rusiyanın təbliğat orqanlarından olan “Sputnik”in yerli ofisini bağlayıb. İndi də məlum olur ki, Azərbaycan buradakı bütün rus dilli məktəbləri bağlamağa hazırlaşır və ya bu barədə düşünür. Bu, çox mühüm addımdır, çünki ruslar tarixən rus dilində danışanların hüquqlarını müdafiə etmək haqqına malik olduqlarını iddia ediblər. Bunu istər Baltikyanı ölkələrdə hibrid müharibə, istərsə də Ukraynada kinetik müharibə (hərbi və ya siyasi məqsədlərə çatmaq üçün fiziki güc və zorakılığın tətbiqi. –red) yolu ilə ediblər.
Beləliklə, gərginlik həqiqətən də artır. Daha geniş bir mənzərə var və mən hesab edirəm ki, Rusiya da istərdi ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmağa çalışsın. Çünki iki ölkə sülh müqaviləsinə yaxınlaşır və təbii ki, bu cür razılaşma Rusiyanın Cənubi Qafqazda təsirini və ya imkanlarını azaldacaq.
Eyni zamanda, Ermənistan Rusiyadan uzaqlaşır, Avropa və ABŞ ilə münasibətlərini möhkəmləndirir. Azərbaycanın Türkiyə ilə əlaqələri getdikcə güclənir. Beləliklə, Rusiya Ukraynada bataqlığa düşüb, Azərbaycanda və Ermənistanda nüfuzunu xeyli dərəcədə itirir. Və o saxlanılan zavallı azərbaycanlılara qarşı vəhşicəsinə hücumları Bakıya bir növ siqnal kimi istifadə etmiş ola bilər. Amma prezident Əliyev buna çox ciddi şəkildə cavab verir”.(Qlobal)
23:40 / 17 Avqust 2026
1
23:28 / 17 Avqust 2026
17
23:13 / 17 Avqust 2026
40
23:00 / 17 Avqust 2026
46
22:22 / 17 Avqust 2026
53
21:56 / 17 Avqust 2026
67
21:49 / 17 Avqust 2026
83
21:43 / 17 Avqust 2026
74
21:33 / 17 Avqust 2026
93
20:56 / 17 Avqust 2026
99
20:26 / 17 Avqust 2026
72
20:14 / 17 Avqust 2026
139
19:48 / 17 Avqust 2026
90
19:35 / 17 Avqust 2026
75
19:24 / 17 Avqust 2026
92
19:10 / 17 Avqust 2026
103
18:58 / 17 Avqust 2026
87
18:51 / 17 Avqust 2026
94
18:45 / 17 Avqust 2026
303
18:36 / 17 Avqust 2026
75
18:30 / 17 Avqust 2026
401
18:23 / 17 Avqust 2026
463
18:10 / 17 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.