Netanyahu: İran dərs çıxarmayıb, Müctəba Xamenei atasının yolu ilə gedir
21 Oktyabr 2026, 19:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
257
03.07.2025, 11:46
Prezident İlham Əliyev iyulun 3-də Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.
Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bundan başqa, bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.
19:04 / 21 Oktyabr 2026
1
18:53 / 21 Oktyabr 2026
27
18:39 / 21 Oktyabr 2026
38
18:35 / 21 Oktyabr 2026
37
18:27 / 21 Oktyabr 2026
46
18:22 / 21 Oktyabr 2026
51
18:19 / 21 Oktyabr 2026
52
18:10 / 21 Oktyabr 2026
49
18:06 / 21 Oktyabr 2026
58
17:59 / 21 Oktyabr 2026
75
17:59 / 21 Oktyabr 2026
69
17:56 / 21 Oktyabr 2026
67
17:42 / 21 Oktyabr 2026
71
17:39 / 21 Oktyabr 2026
72
17:32 / 21 Oktyabr 2026
440
17:31 / 21 Oktyabr 2026
66
17:23 / 21 Oktyabr 2026
75
17:19 / 21 Oktyabr 2026
68
17:14 / 21 Oktyabr 2026
118
17:09 / 21 Oktyabr 2026
225
17:05 / 21 Oktyabr 2026
1100
16:51 / 21 Oktyabr 2026
174
16:41 / 21 Oktyabr 2026
510
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.