Azərbaycan-Türkiyə münasibətlərində ictimai etimadın qorunması niyə vacibdir?
21 Oktyabr 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1320
02.07.2025, 00:01
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Azərbaycana səfər edəcək. Liderlər səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.
Ekspertlər bu səfəri mövcud Rusiya–Azərbaycan gərginliyi fonunda diqqət çəkici hesab edir və üç liderin bir araya gəlməsinin həm də Azərbaycana təzyiq göstərən ölkələrə mesaj mahiyyətli olduğunu bildirirlər.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Türkiyə və Pakistan liderlərinin Laçından sonra Xankəndiyə gəlişi, ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün burada keçirilməsi hər şeydən öncə Qarabağın – azad olunmuş ərazilərin beynəlxalq siyasətə ev sahibliyi mövqeyini gücləndirir və təbii ki, həm də Azərbaycana qarşı artıq məhv edilmiş ərazi iddialarının perspektivlərini sıradan çıxarır: Marqarita pizza
“Bu səfər Türkiyə–Azərbaycan-Pakistan xəttində strateji əməkdaşlığın güclənməsi, hələ qeyri-rəsmi olsa da, üçlü ittifaqın təməllərinin atılmasında əhəmiyyətli rol oynayacaq. Burada əsas məqamlardan biri Azərbaycan–Rusiya gərginliyi fonunda Ərdoğan və Şərifin məhz Xankəndiyə gəlişidir”.
Ekspert bildirib ki, Yekaterinburqda baş verənlər Rusiyanın Azərbaycana təzyiqidir:
“Azərbaycan bu təzyiq qarşısında müqavimətini davam etdirir. Türkiyə və Pakistan liderlərinin səfəri Azərbaycanın Rusiya qarşısında mövqeyini daha da gücləndirə, Moskvanı Bakıya qarşı hücumlarda iki dəfə düşünməyə vadar edə bilər. Səfərin Xankəndiyə edilməsi Bakı-Moskva xəttindəki gərginliyin daha bir detalına diqqət çəkir. Rusiya Xankəndidə konsulluq açmaq niyyətini rəsmi şəkildə gündəmə gətirib, Azərbaycan bunu qəbul etmir. Hazırki gərginliyin alt qatında yatan səbəblərdən biri də budur. Ərdoğan və Şərifin gəlişi Rusiyaya konsulluq açmaq istədiyi Xankəndidən cavab mesajı ola bilər”.
23:18 / 21 Oktyabr 2026
1
23:17 / 21 Oktyabr 2026
16
23:14 / 21 Oktyabr 2026
17
23:10 / 21 Oktyabr 2026
21
23:04 / 21 Oktyabr 2026
127
23:00 / 21 Oktyabr 2026
34
22:59 / 21 Oktyabr 2026
35
22:52 / 21 Oktyabr 2026
51
22:23 / 21 Oktyabr 2026
69
22:18 / 21 Oktyabr 2026
76
22:12 / 21 Oktyabr 2026
80
21:56 / 21 Oktyabr 2026
96
21:45 / 21 Oktyabr 2026
96
21:38 / 21 Oktyabr 2026
215
21:25 / 21 Oktyabr 2026
149
21:15 / 21 Oktyabr 2026
84
21:12 / 21 Oktyabr 2026
2126
21:06 / 21 Oktyabr 2026
97
21:04 / 21 Oktyabr 2026
97
21:02 / 21 Oktyabr 2026
177
20:59 / 21 Oktyabr 2026
137
20:49 / 21 Oktyabr 2026
105
20:42 / 21 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.