Azərbaycan-Türkiyə münasibətlərində ictimai etimadın qorunması niyə vacibdir?
21 Oktyabr 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
532
01.07.2025, 17:03
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun İnterfaks agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı verdiyi şərhlər, Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması qəbuledilməzdir.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi məsələsi ilə bağlı fikirlərinə dair şərhində deyib.
O bildirib ki, Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.
"Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran bu hadisələr fonunda, mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı tam qanuni və adekvat addımdır. Rusiyanın mədəniyyət tədbirlərinin ləğvinin “Azərbaycanın mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdırdığı” barədə fikirlərə gəldikdə isə qeyd edək ki, Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksək səviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur. Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük.
Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir", - o əlavə edib.
23:49 / 21 Oktyabr 2026
1
23:37 / 21 Oktyabr 2026
35
23:21 / 21 Oktyabr 2026
99
23:18 / 21 Oktyabr 2026
56
23:17 / 21 Oktyabr 2026
105
23:14 / 21 Oktyabr 2026
56
23:10 / 21 Oktyabr 2026
62
23:04 / 21 Oktyabr 2026
292
23:00 / 21 Oktyabr 2026
62
22:59 / 21 Oktyabr 2026
65
22:52 / 21 Oktyabr 2026
76
22:23 / 21 Oktyabr 2026
79
22:18 / 21 Oktyabr 2026
81
22:12 / 21 Oktyabr 2026
84
21:56 / 21 Oktyabr 2026
105
21:45 / 21 Oktyabr 2026
103
21:38 / 21 Oktyabr 2026
237
21:25 / 21 Oktyabr 2026
164
21:15 / 21 Oktyabr 2026
89
21:12 / 21 Oktyabr 2026
2480
21:06 / 21 Oktyabr 2026
102
21:04 / 21 Oktyabr 2026
103
21:02 / 21 Oktyabr 2026
183
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.