Azərbaycan sərhədindən MÜHÜM xəbər yayıldı: Kremlin planı üzə ÇIXDI
11 İyul 2025, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86Rusiya nə tələb edib, Azərbaycan nədən imtina edib?
SİYASƏT
1951
30.06.2025, 14:31
Yekaterinburq olayı – Rusiya vətəndaşı olan azərbaycanlıların evinə sübh tezdən basqın, qapıların qırılması, iki nəfərin döyülərək öldürülməsi, 3 nəfərin zədələrdən xəstəxanaya yerləşdirilməsi, onlarla şəxsin fiziki işgəncələr altında məhkəməyə çıxarılması olayının “əsaslandırılması” vacib məqamdır.
Nə baş verib?
Rusiya İstintaq Komitəsi rəsmən elan etdi ki, 2001-ci ildə baş verən qətl hadisəsinə görə bu hücum həyata keçirilib – məhkəmədə “2010 və 2011-ci il olaylarından” da bəhs edildi, ancaq həmin illərdə nələr olduğu açıqlanmadı. Bilinən yalnız 2001-ci ildəki qətl, bu qətlin istintaqının “arxivdən” qaldırılması və yenidən istintaqa cəlb edilməsidir.
2001-ci il cinayətinə görə sözügedən şəxslər şübhəlidirlərsə, onlara çağırış göndərilibmi? Məsələyə niyə OMON qarışıb? Evlərə hücum sanksiyalaşdırılıbmı?
Heç bir açıqlama yoxdur, çünki sanksiya olmayıb, evlərə hücum üçün məhkəmə qərarı yoxdur, çağırış da verilməyib, dəvət də.
Rusiyanın əlində azərbaycanlılara qarşı əməliyyat və zorakılıq üçün “daha inandırıcı” fakt yox idimi? “Daha inandırıcı bəhanə”ni tapmaq o qədər də çətin olmamalıdır. Bəs, bu kütləvi və açıq zorakılıq niyə olmalıdır?
Çünki Rusiya məhz 2001 cinayətini bəhanə kimi seçdiyinin bilinməsini istəyir; çünki Rusiya qəsdən heç bir əsası olmayan “faktdan” istifadə edir ki, bunun arxasında “cinayət təqibi” dayanmadığı hər kəsə aydın olsun; sanki əsl səbəbin başqa olduğunu bildirmək istəyir.
Bəs, əsl səbəb nədir?
Ehtimallar: Rusiya Azərbaycandan AZAL təyyarəsi ilə bağlı tələblərindən əl çəkməsini istəyə bilər; yaxud Xankəndidə bir müddət əvvəl elan etdikləri “konsulluq xidməti”ni (daha doğrusu, casus fəaliyyətini) reallaşdırmaq üçün şərait istəyə bilər; İşğal etdiyi əraziləri – heç olmasa Krımı – Rusiya ərazisi kimi tanımağı tələb edə bilər və s. və i.a.
Azərbaycanın beynəlxalq hüquqa və yaxud öz milli maraqlarına zidd olaraq, bu istəklərdən imtina etməsi mümkündür - əlaməti Azərbaycanın 9 May paradında yüksək səviyyədə təmsilçilikdən imtina etməsi.
Ola bilsin ki, Rusiya təsir vasitəsi olaraq bu akta əl atıb. Bəs, niyə Rusiya vətəndaşları? Axı, öldürülənlər və saxlanılanlar onillərdir Rusiyada yaşayanlar və Rusiya vətəndaşlarıdır? Rusiya Azərbaycana təzyiq üçün əslən azərbaycanlı olan vətəndaşlarından istifadə edir?
“Daha uyğun” bəhanə miqrantlara qarşı olmazdımı?
Həmçinin oxuyun
Bəs, miqrantlar niyə hədəfə çevrilsin?
Rusiya Ukraynada ciddi itkilər verir, ölkə iqtisadiyyatında daralma yaşanır, ölkənin bütün resursları hərbiyə ayrılır. Bu məqamda Rusiyanın əhalisinin azalması ölkəni təhdid edən ən ciddi məqamdır.
Rəsmi rəqəmlərə görə, Rusiya bu müharibədə 1 milyona yaxın itki verib – ölənlər və yaralılarla birgə. Üstəlik, qismən səfərbərlik, ayda təxminən 30-35 min nəfərin cəbhəyə göndərilməsi prosesi, ordunun şəxsi heyətinin tərkibinin artırılması... Bütün bunlar böyük insan resursu tələb edir və nəzərə alsaq ki, cəbhəyə göndərilənlər də qoca və uşaqlar deyil, gənclər və iş qabiliyyəti olan şəxslərdir, onda hazırkı şəraitdə Rusiyada işçi qıtlığı yaranması gündəmə gəlir.
Yəni bu qədər itki və tələblər qarşısında Rusiya əhalisinin sayının da azalması müşahidə edilir, deməli, ölkə miqrant cəlbindən maraqlı olmalıdır, bacardıqca cəlbedici ölkəyə çevrilməlidir ki, bu çətinlikləri adlaya bilsin. Əvəzində isə miqrantlar bir yana, öz vətəndaşı olan qeyri-ruslara qarşı total repressiya, zorakılıq və qətliam baş verir!
Ona görə sual bir daha aktuallaşır: nə baş verir?
Bütün bunların içərisində yeganə məntiqli cavab azərbaycanlıların Ukraynadakı müharibəyə məcburi göndərilməsidir. Bunu təsdiqləyən mühüm fakt məhz qeyri-ruslara hücumdur.
Bir müddət öncə qırğızlara qarşı aşağılayıcı, təhqiramiz, şəxsiyyəti alçaldan hücum baş vermişdi, indi növbə azərbaycanlılara çatdı.
Az öncə bir statistika paylaşılmışdı: Rusiya az qala “Qırmızı kitaba” düşəcək qədər sayları azalan xalqların nümayəndələrini belə Ukraynaya, ət maşınına göndərir. Başqa sözlə, bu azlıqları tarixdən silməklə məşğuldur. çünki ruslar özləri də sürətlə azaldıqlarının və silindiklərinin fərqindədirlər. Bu ölkədə yaşayan 140 milyon civarında əhalinin yalnız 80 milyonu rusdur, onların da etnik tərkibi heç də “tamamilə təmiz” deyil!
Rusiya sadəcə çıxılmaza dirənib və demoqrafiya, resurs çatışmazlığı, iqtisadi itki ilə üzləşib.
Rusiya Ukraynada slavyan qardaşını, öz daxilində isə qardaş xalqları – Rusiya Federasiyasının subyektlərini nəzərdə tuturuq – məhv etməklə məşğuldur. Belə təhlükəli şəkildə aqressivləşən ölkə artıq öz vətəndaşı olan digər xalqların qırdırmaqdan başqa yol tapmır. (Axar.az)
22:51 / 11 İyul 2025
Sürücülük vəsiqələri ilə bağlı VACİB XƏBƏR
10
22:49 / 11 İyul 2025
Otağa niyə girdiyinizi unudursunuzsa... - Elmi səbəbi açıqlandı
10
22:35 / 11 İyul 2025
Bu ərazidə qaz olmayacaq
38
22:23 / 11 İyul 2025
SON DƏQİQƏ! Ukrayna Moskvada mühüm mərkəzi vurdu
371
22:22 / 11 İyul 2025
Əmək Məcəlləsinə maaşla bağlı dəyişiklik edildi - 6 ay müddətində...
17
21:57 / 11 İyul 2025
Fransa İlon Maskın sosial şəbəkəsini araşdırır
24
21:46 / 11 İyul 2025
Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı
1220
21:43 / 11 İyul 2025
Rusiyada miqrant "ovu" davam edir
33
21:38 / 11 İyul 2025
Slovakiya Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yenidən bloklayır
29
21:33 / 11 İyul 2025
ABŞ Kiyevə 500 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
26
21:27 / 11 İyul 2025
Cütlüyü bal ayında ildırım vurdu – gəlin öldü - FOTO
97
20:55 / 11 İyul 2025
Merz Rusiyadan Ukraynaya 500 milyard avro köçürməsini tələb edir
79
20:53 / 11 İyul 2025
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
253
20:35 / 11 İyul 2025
"Zara"nın qurucusu Parisdə 5 ulduzlu hotel aldı - FOTO
134
20:17 / 11 İyul 2025
Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesini diqqətlə izləyir
91
19:27 / 11 İyul 2025
Prezident Ərdoğan Somali prezidenti Məhəmmədlə görüşüb
57
19:15 / 11 İyul 2025
Moskva bazarında azərbaycanlılar saxlanılıb - VİDEO
302
19:14 / 11 İyul 2025
Tramp yenə nəsə vəd etdi
56
19:07 / 11 İyul 2025
Lavrov bu ölkəyə uçdu
61
19:02 / 11 İyul 2025
Volkswagen Çindəki zavodunu bağlayacaq
50
19:00 / 11 İyul 2025
İsrail batalyonlarını İordan çayının qərb sahilinə köçürür
100
18:46 / 11 İyul 2025
Azərbaycan sərhədindən MÜHÜM xəbər yayıldı: Kremlin planı üzə ÇIXDI
801
18:40 / 11 İyul 2025
İran ABŞ bazasına zərbə endirib: CENTCOM rabitə mərkəzi zədələnib
71
18:21 / 11 İyul 2025
Tehran Berlinə qarşı iddialar irəli sürür
61
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.