"Cəza siyasətində mülayimlik güclənir" - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucdan AÇIQLAMA
15 Dekabr 2025, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
256
27.06.2025, 09:15
Çeçenistanın siyasi dairələrində respublika rəhbəri Ramzan Kadırovun uzunmüddətli müalicə üçün xaricə getməsi ehtimalı ilə bağlı iddialar yayılıb.
Oxu24.com xəbər verir ki, Kadırov artıq Kreml rəhbərliyi ilə müalicəyə getməsini razılaşdırıb. İlkin məlumata görə o, Fars körfəzi ölkələrinin - BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və ya Bəhreynin elit klinikalarından birində müalicə almağı planlaşdırır. Konkret yerin adı hələ açıqlanmayıb, lakin mənbələrə görə, Kadırovun bu seçimi bu regionda uzunmüddətli biznes əlaqələri ilə bağlıdır.
Bildirilir ki, Kadırov çox güman ki, uzunmüddətli məzuniyyət götürməli olacaq. Bu səbəbdən Çeçenistanın müvəqqəti rəhbəri vəzifəsinə etibarlı adam təyin edilməlidir. Mənbələr ən çox ehtimal olunan namizəd kimi respublikanın baş naziri Maqomed Daudovu göstərirlər. "Çeçenistan hakimiyyəti çox güman ki, Kadırovun müalicə üçün xaricə getdiyini rəsmi elan etməyəcək. Bu, Kadırovun səhhəti barədə məlumatların gizli saxlanılması praktikasına uyğundur" deyə, Çeçenistan administrasiyaya yaxın mənbə qeyd edir. Kadırovun səhhətindəki problemlər barədə iddialar yeni deyil, amma rəsmilər tərəfindən indiyədək də təsdiqlənməyib.
Kadırovu Rusiyadan kənarda müalicə almağa vadar edən səbəblər hələ də spekulyasiya mövzusu olaraq qalır. Bildirilir ki, ola bilsin ki, bu, yerli tibbə inamsızlıqdır və ya bu, xüsusi bir yanaşma tələb edən ciddi xəstəlikdir. Təxminən bir il əvvəl "Novaya qazeta" Kadırovun səhhətinin pisləşməsi, o cümlədən Qroznıdakı xəstəxanada qalması və şəhərdən kənara çıxmaqdan imtina etməsi barədə məlumat verib. Eyni zamanda, BƏƏ-də transplantasiya tələb olunduğu iddia edilən böyrək problemlərindən də bəhs edilib.
Kadırovun körfəz ölkələri ilə əlaqələri təkcə tibbi aspektlərlə məhdudlaşmır. Hələ 2018-ci ildə BBC qeyd edirdi ki, Kadırovla şəxsi razılaşmalar sayəsində Çeçenistan ərəb ölkələrindən, o cümlədən BƏƏ və Səudiyyə Ərəbistanından fəal şəkildə investisiya cəlb edir. Bu əlaqələr, məsələn, BƏƏ-nin "Cleveland Clinic Abu Dhabi" və ya "Burjeel Medical City" kimi qabaqcıl klinikaları ilə tanınan region ölkələrindən birində müalicənin təşkilini asanlaşdıra bilər.
Həmçinin oxuyun
Yada salaq ki, may ayında Kadırov tutduğu vəzifədən azad olunması üçün müraciət etdiyini açıqlayıb. Daha sonra bildirib ki, bir çoxları onun istefa ilə bağlı səsləndirdiyi fikirlərin mənasını anlamayıblar. "Mən xahiş edə bilərəm, amma qərarı yalnız prezident verir" deyib.
Rəsmi Qroznı yayılan yeni iddialara reaksiya verməyib, federal hakimiyyət orqanları da Kadırovun mümkün gedişini şərh etmir. Kadırova sadiqliyi ilə tanınan Daudovun təyinatı çox güman ki, sabitliyi təmin etmək məqsədi daşıyır, lakin müşahidəçilərin fikrincə, Çeçenistan rəhbərliyində hər hansı dəyişiklik həmişə pərdəarxası intriqalarla doludur.
Məsələn, Kadırovun yerinə ən şanslı namizədlər sırasında Apti Alaudinovun da adı çəkilirdi. O, 2006-cı ildə Ramzan Kadırovun komandasına qoşulub. Stavropol diyarında sovet hərbçisi ailəsində anadan olan Apti Alaudinov Birinci Çeçen müharibəsində iştirak etməyib. Amma onun atası və böyük qardaşı Dudayev əleyhinə Moskvanın dəstəklədiyi və silahlandırdığı müxalifətin tərəfində olublar. Alaudinovun müsahibələrinin birində deyib ki, qardaşı və atası 1994-cü ilin oktyabrında "Dudayev, Məshədov və digər içkeriyalılarla ilk döyüşdə" həlak olublar. (musavat.com)
00:25 / 16 Dekabr 2025
42
00:14 / 16 Dekabr 2025
27
00:03 / 16 Dekabr 2025
24
23:55 / 15 Dekabr 2025
25
23:51 / 15 Dekabr 2025
276
23:45 / 15 Dekabr 2025
28
23:28 / 15 Dekabr 2025
38
23:25 / 15 Dekabr 2025
30
23:21 / 15 Dekabr 2025
63
23:14 / 15 Dekabr 2025
33
23:08 / 15 Dekabr 2025
38
23:02 / 15 Dekabr 2025
44
22:54 / 15 Dekabr 2025
35
22:49 / 15 Dekabr 2025
47
22:48 / 15 Dekabr 2025
33
22:31 / 15 Dekabr 2025
59
22:27 / 15 Dekabr 2025
46
22:09 / 15 Dekabr 2025
289
21:59 / 15 Dekabr 2025
55
21:45 / 15 Dekabr 2025
75
21:10 / 15 Dekabr 2025
1649
20:54 / 15 Dekabr 2025
104
20:38 / 15 Dekabr 2025
1375
20:16 / 15 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.