Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
18 Avqust 2026, 14:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
265
24.06.2025, 13:03
Hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edərkən deyib.
“Nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq”, - Prezident qeyd edib.
Dövlət başçısı bildirib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək, enerji sisteminin səmərəliliyi artırılacaq, potensial, generasiya gücü artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, təbii qaza qənaət etmək üçün imkan yaradacaq:
“Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik”.
Prezident bildirib ki, Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır:
“İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq”.
15:30 / 18 Avqust 2026
15
15:28 / 18 Avqust 2026
20
15:15 / 18 Avqust 2026
36
15:08 / 18 Avqust 2026
39
15:06 / 18 Avqust 2026
32
14:50 / 18 Avqust 2026
53
14:38 / 18 Avqust 2026
62
14:30 / 18 Avqust 2026
70
14:15 / 18 Avqust 2026
62
14:12 / 18 Avqust 2026
64
14:05 / 18 Avqust 2026
66
13:59 / 18 Avqust 2026
59
13:45 / 18 Avqust 2026
71
13:30 / 18 Avqust 2026
67
13:15 / 18 Avqust 2026
78
12:49 / 18 Avqust 2026
81
12:40 / 18 Avqust 2026
76
12:38 / 18 Avqust 2026
93
12:18 / 18 Avqust 2026
75
12:05 / 18 Avqust 2026
296
11:54 / 18 Avqust 2026
78
11:48 / 18 Avqust 2026
69
11:45 / 18 Avqust 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.