Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
18 Avqust 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
324
22.06.2025, 14:59
İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Moskvaya səfər edəcək.
Oxu24.com xəbər verir ki, bunu nazirin özü bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil olunacaq və müzakirə aparılacaq.
Araqçi deyib ki, İran son 2-3 ay ərzində ABŞ ilə dolayı müzakirələr prosesi haqda Rusiya və İranı müntəzəm şəkildə məlumatlandırıb. İran Rusiya ilə lazımi bütün məsələlər barədə məsləhətləşmə aparıb və öz mövqelərini koordinasiya edib. Rusiya keçmiş nüvə anlaşmasında (JCPOA) iştirak edən və İranla müzakirə aparan tərəflərdən biri hesab olunur.
İran xarici işlər naziri əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olaraq beynəlxalq proseslərdə önəmli rola sahib ölkədir.
"İran bilir ki, Rusiya Çin ilə əməkdaşlıq edərək İran əleyhinə düşmənçilik hərəkətlərinin qarşısının alınması məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə verməyə çalışır", - deyə o qeyd edib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.Milli.Az
18:38 / 18 Avqust 2026
1
18:17 / 18 Avqust 2026
13
18:06 / 18 Avqust 2026
49
17:55 / 18 Avqust 2026
53
17:40 / 18 Avqust 2026
56
17:25 / 18 Avqust 2026
71
17:10 / 18 Avqust 2026
77
16:51 / 18 Avqust 2026
56
16:45 / 18 Avqust 2026
79
16:30 / 18 Avqust 2026
70
16:15 / 18 Avqust 2026
81
16:07 / 18 Avqust 2026
79
15:55 / 18 Avqust 2026
66
15:40 / 18 Avqust 2026
96
15:30 / 18 Avqust 2026
97
15:28 / 18 Avqust 2026
80
15:15 / 18 Avqust 2026
85
15:08 / 18 Avqust 2026
98
15:06 / 18 Avqust 2026
72
14:50 / 18 Avqust 2026
91
14:38 / 18 Avqust 2026
96
14:30 / 18 Avqust 2026
96
14:15 / 18 Avqust 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.