Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
18 Avqust 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
270
20.06.2025, 22:39
İranın zərbələri yalnız İsrail cəzalandırıldığı və İslam Respublikasına təzminat ödədiyi zaman dayanacaq. Bu barədə İranın Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
Respublikanın Milli Təhlükəsizlik Şurası bildirib ki, İran münaqişəyə İsrail tərəfində müdaxilə etmək qərarına gələn istənilən ölkəyə “dərhal cavab” verəcək. Maraqlıdır, İranın bu mövqeyi Yaxın Şərqdə yeni müharibənin başlangıcı ola bilərmi?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı politoloq Aytən Qurbanova KONKRET.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə İran ilə İsrail arasında davam edən gərginlik fonunda tərəflərin bir-birinə yönəlik sərt bəyanatları səngimir.
Aytən Qurbanova: "Təxribatçı addımların əsas məqsədi vaxt qazanmaqdır"
“İran rəsmilərinin müharibə başlamazdan əvvəl verdiyi bəyanatların oxşar məzmunu bu gün də səsləndirilir. Hədəfdə yalnız İsrail deyil, eyni zamanda Körfəz ölkələri də var. Xüsusilə, İsraillə strateji əməkdaşlıq edən regional dövlətlər İranın narahatlıqla izlədiyi istiqamətlərdəndir. Son günlərdə səsləndirilən bəyanatlar ABŞ-ın, xüsusilə də Donald Tramp administrasiyasının ortaya qoyduğu sərt mövqelə paralellik təşkil edir. ABŞ tərəfindən müharibəyə qoşulma ehtimalı ilə bağlı səsləndirilən fikirlər İran tərəfdə ciddi narahatlıq doğurur. Bu baxımdan, ritorik savaş qarşılıqlı olaraq davam edir. İsrail rəsmiləri isə açıq şəkildə bildirirlər ki, əsas məqsəd İranın nüvə proqramının tamamilə ləğvi reallaşmayana qədər hərbi əməliyyatlar dayandırılmayacaq”.
Politoloq qeyd edib ki, bununla belə, münaqişənin danışıqlar müstəvisinə keçməsi üçün də ümidverici addımlar atılır:
“Bu gün İran rəsmiləri ilə Avropa İttifaqı nümayəndələri arasında mühüm görüşün keçirilməsi planlaşdırılır. Tehran tərəfinin bu danışıqlara açıq olması və dialoqa müsbət yanaşması göstərir ki, İran da atəşkəsin əldə olunmasında maraqlıdır. Danışıqlar prosesində əsas şərt Qərbin israr etdiyi məsələ, İranın nüvə proqramından tam və şəffaf şəkildə imtina etməsidir. Əgər Tehran bu tələbləri müəyyən qədər qəbul edərsə, ilkin atəşkəs üçün uyğun şəraitin formalaşması mümkündür”.
Ekspertin fikrincə, İran tərəfindən nüvə proqramı ilə bağlı şərtlərin qismən də olsa qəbul ediləcəyi ehtimal olunur:
“Hazırkı vəziyyətə baxdıqda isə genişmiqyaslı müharibənin ikinci, üçüncü və ya daha çox tərəfin cəlb olunması ilə regional və ya qlobal səviyyədə hərbi toqquşmalara çevrilməsi ehtimalı hələlik real görünmür. Danışıqlarda irəliləyiş əldə edilərsə, bu, regionun sabitliyi üçün mühüm dönüş nöqtəsi ola bilər”.
19:50 / 18 Avqust 2026
32
19:45 / 18 Avqust 2026
94
19:19 / 18 Avqust 2026
50
19:07 / 18 Avqust 2026
52
18:38 / 18 Avqust 2026
124
18:17 / 18 Avqust 2026
61
18:06 / 18 Avqust 2026
81
17:55 / 18 Avqust 2026
81
17:40 / 18 Avqust 2026
86
17:25 / 18 Avqust 2026
94
17:10 / 18 Avqust 2026
92
16:51 / 18 Avqust 2026
63
16:45 / 18 Avqust 2026
90
16:30 / 18 Avqust 2026
76
16:15 / 18 Avqust 2026
87
16:07 / 18 Avqust 2026
84
15:55 / 18 Avqust 2026
71
15:40 / 18 Avqust 2026
102
15:30 / 18 Avqust 2026
103
15:28 / 18 Avqust 2026
89
15:15 / 18 Avqust 2026
89
15:08 / 18 Avqust 2026
107
15:06 / 18 Avqust 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.